Dünya
İran atəşkəs istəmir - XİN
Xpress.az Redaksiyası
06.03.2026 11:22
Ölkənin ABŞ ilə danışıqlar aparmaq üçün heç bir səbəbi yoxdur və atəşkəs tələb etmir.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz atəşkəs istəmirik və ABŞ ilə danışıqlar aparmağımız üçün heç bir səbəb görmürük. İran heç vaxt atəşkəs tələb etməyib və ya ABŞ ilə bu barədə danışıqlar aparmayıb. Biz onlara heç vaxt belə mesajlar göndərməmişik", - deyə o qeyd edib.