Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Məsud Pezeşkian niyə susur?
Məsud Pezeşkian niyə susur?
Dünya

Məsud Pezeşkian niyə susur? İran prezidenti Naxçıvan hadisələrinə görə açıqlama vermədi

Xpress.az Redaksiyası 06.03.2026 13:44

Naxçıvana pilotsuz uçuş aparatının hücumu ilə bağlı baş verən hadisə Azərbaycan–İran münasibətlərində yeni suallar yaradıb.

Musavat.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu İran prezidenti Məsud Pezeşkianın baş verən hadisə ilə bağlı susqun qalmasını diqqətə çatdıraraq bunun siyasi səbəblərini izah edib.

Politoloqun fikrincə, İran prezidentinin Naxçıvanda baş verən hadisə ilə bağlı Azərbaycan tərəfiylə əlaqə saxlamaması və ya ictimai açıqlama verməməsi diqqət çəkən məqamdır. Elxan Şahinoğlu bunun fonunda Pezeşkianın başqa mövzuda daha operativ reaksiya verməsini xatırladıb və bildirib ki, İran rəhbərinin davranışı suallar doğurur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri məsələyə münasibət bildirərkən belə deyib:

“İspaniya hökuməti ABŞ-nin İrana qarşı hərbi əməliyyatda əməkdaşlıqdan imtina etdiyini açıqladıqdan sonra İran prezidenti Məsud Pezeşkian vaxt itirmədən sosial mediada İspaniyaya təşəkkürnamə yazdı. Ancaq Pezeşkian dünən Naxçıvana atılan dronlarla bağlı nə azərbaycanlı həmkarı İlham Əliyevə zəng etdi, nə də heç olmazsa sosial şəbəkədə məsələyə aydınlıq gətirən status paylaşdı. Böyük ehtimalla Məsud Pezeşkian dünən gün ərzində bu barədə ciddi düşünüb, sadəcə Bakıya zəng etməyə və ya status paylaşmağa risk etməyib. Çünki Pezeşkian İlham Əliyevə zəng etsəydi, ya üzr istəməliydi, ya da deməliydi ki, “məsələ araşdırılır”. Görünür, Pezeşkian düşünüb ki, bu iki variantdan birini seçərsə, ölkəni idarə edən və anti-Azərbaycan mövqeyindən çıxış edən SEPAH generalları ilə üz-üzə qalacaq. Ancaq Pezeşkian anlamamış deyil ki, susqunluğu onun İlham Əliyevlə arasındakı tərəfdaşlıq münasibətlərinin üstündən xətt çəkir. Halbuki, iki ölkə prezidenti arasında normal münasibətləri formalaşmışdı.

İran eyni ilə Rusiyanın yolu ilə gedir. Rusiya Azərbaycanın mülki təyyarəsini raketlə vurduqdan sonra əvvəlcə olayı inkar etdi, sonra üzrxahlıq gəlsə də, kompensasiya ödənmədi, cinayətkarlar cəzalandırılmadı və buna görə iki ölkə arasındakı münasibətlərdə suallar ortadan qaldırılmayıb. İran da hələ ki, Rusiya kimi inkar edir, “Naxçıvana dron atmamışıq” prinsipindən çıxış edir, ancaq bu yanaşma iki ölkə arasındakı onsuz da suallarla dolu olan münasibətləri növbəti gərginlik mərhələsinə keçirəcək. Buna görə Məsud Pezeşkianın İlham Əliyevə zənginə ehtiyac var”.

Elxan Şahinoğlunun sözlərinə görə, İran rəhbərliyinin hadisəyə münasibətdə seçdiyi susqunluq və inkar mövqeyi iki ölkə arasındakı münasibətlərin gələcək gedişinə təsir göstərə bilər.

Politoloq hesab edir ki, vəziyyətin gərginləşməməsi üçün Tehran tərəfindən rəsmi izahat verilməsi və Bakı ilə birbaşa əlaqənin qurulması vacibdir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək