Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Bakının bu ərazisindəki yaşıllıqların köçürülməsin...
Bakının bu ərazisindəki yaşıllıqların köçürülməsinə rəy verilməsi məsələsinə baxılır -
Gündəm

Bakının bu ərazisindəki yaşıllıqların köçürülməsinə rəy verilməsi məsələsinə baxılır - FOTO

Xpress.az Redaksiyası 06.03.2026 17:48

Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində planlaşdırılan yeni yaşayış kompleksinin ekoloji qiymətləndirilməsinə dair ictimai dinləmə keçirilib.

Xpress.az xəbər verir ki, tədbirdə “Günəşli İnşaat” MTK tərəfindən Əhməd Mehbalıyev küçəsi 5 ünvanında inşa olunması nəzərdə tutulan yaşayış və qeyri-yaşayış binalarının layihəsi üzrə müzakirə aparılıb.

Şirkət rəhbərliyi, dövlət qurumları əməkdaşlarının, ekoloqlar, QHT və KİV nümayəndələrinin, həmçinin sakinlərin iştirakı ilə təşkil olunan tədbirdə  layihənin ətraf mühitə mümkün təsirləri, ekoloji təhlükəsizlik tədbirləri və kompensasiyaedici yaşıllaşdırma məsələləri barədə ictimaiyyətə məlumat verilib. Layihə 1,2217 hektar torpaq sahəsinin bir hissəsində həyata keçiriləcək və baş plana uyğun olaraq A, B, C, F və M bloklarının tikintisi nəzərdə tutulur. Məlumata görə, A və B blokları bir girişli, 10 mərtəbəli yaşayış binaları olacaq. C bloku isə iki girişli, 10 mərtəbəli yaşayış binası kimi layihələndirilib. Layihə çərçivəsində yeraltı avtodayanacaqlar, qeyri-yaşayış sahələri, texniki infrastruktur obyektləri, su anbarları, nasosxana, transformator yarımstansiyası və məişət tullantıları üçün konteyner meydançası da inşa ediləcək.

Ərazidə geniş abadlaşdırma və yaşıllaşdırma işlərinin aparılması planlaşdırılır. Şəhərsalma sənədinə əsasən ümumi sahənin 25 faizi, yəni 4000 kvadratmetr ərazi yaşıllıq zonası kimi nəzərdə tutulur.

Qeyd olunub ki, tikinti sahəsinə bir neçə ağac və kol düşür və bu yaşıllıqlarla bağlı bütün prosedurlar Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun şəkildə həyata keçiriləcək, layihə çərçivəsində kompensasiyaedici yaşıllaşdırma tədbirləri görüləcəkdir.

Tikinti prosesində atmosfer havasına emissiyaların azaldılması, səs-küyün minimuma endirilməsi, tikinti tullantılarının düzgün idarə olunması və mövcud yaşıllıqların qorunması əsas tələblərdən olacaq. Həmçinin daşınmalar zamanı tozlanmanın qarşısını almaq üçün nəqliyyat vasitələrinin yük hissələrinin örtülməsi tələb olunur.

İctimai dinləmədə layihə üzrə bütün sənədlər müzakirə olunub və irəli sürülən təkliflər nəzərə alınmaqla Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən razılaşdırılıb. Qərara əsasən, tikinti işləri zamanı bütün ekoloji və sanitar tələblərə ciddi riayət olunmalıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

"TikTok"da canlı yayım açan sürücülərin

11.11.2026 10:27 Cəmiyyət

Bu gün dünya liderləri iqlim diplomatiyası üçün Antalyada görüşür

11.11.2026 09:17 Gündəm

Paşinyan Türkiyəyə səfər edib

11.11.2026 09:08 Gündəm

Lökbatanda itlər sakinə hücum etdi -

11.11.2026 08:52 Ana səhifə

Rubio: İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır

10.11.2026 20:32 Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edib -

10.11.2026 19:19 Siyasət

Gürcüstan Azərbaycandan xiyar alışını artırıb

10.11.2026 17:42 İqtisadiyyat

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar...

10.11.2026 16:47 Dünya

Zəngəzur dəhlizinin bütün hissələri 4 dörd ildən sonra istifadəyə veriləcək

10.11.2026 16:19 İqtisadiyyat

SEPAH-ın yeni raket şəhəri təqdim olunub

10.11.2026 15:52 Dünya

Quterreş: Türkiyə COP31-ə yüksək səviyyədə ev sahibliyi edir

10.11.2026 15:43 Gündəm

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

10.11.2026 15:39 İqtisadiyyat

COP31 prezidenti Azərbaycanın iqlim prosesinə verdiyi töhfəni qeyd edib

10.11.2026 15:06 Gündəm

Japarov Qırğızıstan Prezidenti postuna namizədliyini irəli sürüb

10.11.2026 14:48 Dünya

Keçmiş COP sədrləri COP31 Sədrliyinə dəstək bəyanatı yaydı

10.11.2026 14:25 Gündəm

Bakıda intensiv yağış yağacaq -

10.11.2026 14:13 Cəmiyyət

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

10.11.2026 13:49 Gündəm

“Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi

10.11.2026 13:41 Dünya

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək