Dünya
ABŞ vətəndaşlarını İraqı tərk etməyə çağırdı
Xpress.az Redaksiyası
06.03.2026 22:38
ABŞ-nin Bağdaddakı səfirliyi təhlükəsizlik risklərinin artdığını bildirərək İraqdakı Amerika vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə çağırıb.
Səfirliyin açıqlamasında bildirilib ki, bölgədə gərginlik artdığı üçün vətəndaşlar təhlükəsiz imkan yaranan kimi ölkədən çıxmalıdır. Hazırda İraqa kommersiya uçuşlarının çoxu mümkün deyil.
Buna görə ABŞ vətəndaşlarına İordaniya, Küveyt, Səudiyyə Ərəbistanı və Türkiyə kimi qonşu ölkələrə quru yolu ilə getmək tövsiyə olunub. Ölkəni tərk edə bilməyən vətəndaşlara isə ərzaq, su və tibbi ləvazimat ehtiyatı toplamaq və təhlükəsiz yerlərdə qalmaq tövsiyə edilib.