Dünya
İranda zəlzələ oldu
Xpress.az Redaksiyası
07.03.2026 09:59
İranın cənubunda 4,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ-ın Geologiya Xidməti (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Bəndər Abbas şəhərindən 74 km qərbdə (liman suları Hörmüz boğazının şimalında yerləşir - red), yerin 10 km dərinliyində meydana gəlib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib.