Dünya
İranda internet 10 gündür BAĞLANIB
Xpress.az Redaksiyası
09.03.2026 15:17
İranda internet bağlantısı artıq on gündür ki, demək olar ki, tamamilə kəsilib.
Bu barədə beynəlxalq internet monitorinq xidməti NetBlocks məlumat yayıb.
Xidmət sosial media platforması X-də bildirib ki, ölkədə internet kəsintiləri 10 gündür davam edir və şəbəkə bağlantısının səviyyəsi 216 saatdan sonra normal göstəricinin cəmi 1 faizini təşkil edir.
Məlumatlara görə, genişmiqyaslı internet məhdudiyyətləri fevralın 28-də ABŞ və İsrailin İran ərazisində, o cümlədən paytaxt Tehran da daxil olmaqla müxtəlif hədəflərə zərbələr endirməsindən sonra tətbiq olunub.