Bu barədə Rossotrudniçestvo rəhbəri Yevgeni Primakov özünün "Telegram" kanalında bildirib.
"İsrail hava hücumları Livanın Nəbatiyyə şəhərindəki "Rus Evi"nə zərbə endirib. Mədəniyyət mərkəzinin direktoru Əsəd Deyya sağ və salamatdır", - deyə o açıqlayıb.
Primakov əlavə edib ki, Beyrutdakı "Rus Evi" livanlı həmkarları ilə əlaqə saxlayır.