Dünya
Müctəba Xamenei hansı siyasəti yeridəcək?
Xpress.az Redaksiyası
10.03.2026 08:55
İranın yeni dini lideri gözlənildiyi kimi, Əli Xameneinin oğlu Müctəba Xamenei oldu. Müctəbanın dini lider olması İranın sərt siyasətinin davam etməsi deməkdir.
Bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
“a) Müctəba SEPAH-da sərt siyasətin – müharibə tərəfdarlarının fiqurudur;
b) Atasını qətlə yetirənlərlə - ABŞ və İsraillə danışıqlar masasına əyləşməyəcək, yaxud “təslimçi sülhə” razı olmayacaq;
c) İran “total müharibə” prinsipini davam etdirəcək, hətta yeni dini liderin – Müctəbanın “cihad” elan etməsi də istisna edilməməlidir;
Müctəba Xamenei atasından sonra ABŞ və İsrailin əsas hədəfidir", - deyə politoloq bildirib.