Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Azərbaycan Göyçə istiqamətində irəliləyib?
Azərbaycan Göyçə istiqamətində irəliləyib?
Dünya

Azərbaycan Göyçə istiqamətində irəliləyib?

Xpress.az Redaksiyası 11.03.2026 10:10

Ermənistanda Azərbaycan ordusunun Geqarkunik (Göyçə) istiqamətində yeni post qurduğu iddiaları geniş müzakirələrə səbəb olub.

Bu iddia hələ ötən ilin sentyabrında “Postvoyna” teleqram kanalında ortaya atılmışdı. Ermənistanın keçmiş ombudsmanı, “Birlik qanadları” siyasi təşəbbüsünün rəhbəri Arman Tatoyanın həmin vaxt mətbuat konfransı keçirərək, məsələni gündəmə gətirmişdi. Ermənistan müdafiə naziri Suren Papikyan isə parlamentdə çıxışı zamanı Tatoyanın yalan danışdığını bildirmişdi.

“Birlik qanadları” siyasi təşəbbüsü iddianı yenidən gündəmə gətirib. Anti-sülh mövqeyi ilə tanınan bu birliyin üzvləri iddia edirlər ki, əllərində Azərbaycanın yeni mövqelər əldə etdiyini sübut edən pyek görüntülər var.

Birliyin üzvü Narek Paronyan jurnalistlərə açıqlamasında iddia edib ki, Geqarkunik, eləcə də Sotk (Söyüdlü) və Vardenis (Basarkeçər) istiqamətindəki mövqelərdə dəyişikliklər olub.

“Azərbaycan ordusu Geqarkunik istiqamətində yeni post qurub. Bununla yanaşı, Sotk qızıl yatağı və Vardenis istiqamətində 8 kənd onların vizual nəzarəti altındadır. Müdafiə Nazirliyi bunu təkzib etsə də, peyk görüntülərinin araşdırılması zamanı faktlar ortaya çıxıb. Hər şey görüntülərdə təsdiqlənir, bunu təkzib etmək mümkün deyil”, - o deyib.

Daha sonra jurnalistlərə göstərdiyi peyk görüntülərini Müdafiə Nazirliyinə təqdim edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məsələyə aydınlıq gətirib. Torosyan müxalifətin peyk görüntülərini təqdim etdiyi “Azərbaycan ordusunun yeni postu”nun mövcudluğunu təsdiq edib, lakin qeyd edib ki, SSRİ Baş Qərargahının xəritələrinə əsasən bu mövqe Ermənistan ərazisində yerləşmir.

“Məlumat səhvdir. “Google Earth” peyk xəritələri dövət sərhədinin müəyən edilməsi üçün hüquqi əsas ola bilməz. Bu xəritələrdə ciddi səhvlər var”, - o bildirib.

Torosyan bildirib ki, Ermənistan dövlət sərhədini müəyyən edərkən, SSRİ Baş Qərargahının 1975-ci il tarixli 1:100.000 miqyaslı topoqrafik xəritələrindən istifadə edir. O, bu xəritələrin hüquqi qüvvəyə malik olduğunu və müvafiq dövlət qurumları tərəfindən təsdiqləndiyini qeyd edib. Əlavə edib ki, müxalifətin yaydığı görüntülərdəki “mavi nöqtəli xətt” Azərbaycan ordusunun yeni mövqeyini göstərir, lakin bura Azərbaycanın ərazisidir.

Ermənistan Müdafiə Nazirliyi SSRİ Baş Qərargahının 1975-ci il topoqrafik xəritəsinin ekran görüntüsünü də yayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək