Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayi...
“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq
Mədəniyyət

“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

Xpress.az Redaksiyası 11.03.2026 14:34

Türkiyədə yaşayan azərbaycanlı aktyor və rejissor Nahid Abbaszadə öz müəllifi olduğu tamaşa ilə Azərbaycana qastrol səfərinə gəlir.

Türkiyənin bir çox səhnələrində uğurla nümayiş olunan tamaşa indi Azərbaycan tamaşaçısı ilə görüşə hazırlaşır.
“Aşkın yapay provası” adlı böyüklər üçün komediya aprelin 24-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq. 
Həqiqi sevgini tapmaq ümidi ilə yola çıxan, lakin artıq ümidsizliyə qapılan Mehtap çıxış yolunu münasibət simulyasiyasında axtarmağa qərar verir. O, bir-birindən fərqli xarakterə malik yeddi müxtəlif robot partnyorla qarşı-qarşıya gəlir.
Rəqs və musiqi ilə zənginləşdirilən səhnə əsərində gən qızın yaşadığı eniş-yoxuşlar tamaşaçını həm düşündürür, həm də əyləndirir. Müasir münasibətlərə satirik və yumoristik baxış təqdim edən tamaşa sevgi anlayışına fərqli prizmadan yanaşır.

Şəhanə Müşfiq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək