Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Rusiyanın Qarabağ erməniləri ilə bağlı planı…
Rusiyanın Qarabağ erməniləri ilə bağlı planı…
Dünya

Rusiyanın Qarabağ erməniləri ilə bağlı planı…

Xpress.az Redaksiyası 12.03.2026 18:29

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Moskvanın Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardımından imtina etməsinə münasibət bildirib.

Xpress.az APA-ya istinadən xəbər verir ki, Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın Rusiyanın yardımından imtina etməsinin başa düşülən olmadığını söyləyib.

Bildirib ki, yardımdan imtina etmək artıq yadıma ehtiyac olmadığı təqdirdə başa düşüləndir.

Rusiya XİN sözçüsü vurğulayıb ki, rəsmi İrəvan Ermənistanın hüquqi normalarının seçkiqabağı dövrdə ianələrin, eləcə də xeyriyyə yardımlarının göstərilməsini məhdudlaşdırmasını əsas gətirərək, yardımdan imtina edib: “Moskva Ermənistan tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib, lakin Ermənistan rəsmiləri cavab verməyə çətinlik çəkiblər. Bütün bunlar Ermənistanda Rusiyanı, ümumiyyətlə, şüurlardan “təmizləmək” cəhdi kimi görünür”.

Zaxarova, həmçinin xatırladıb ki, 2025-ci ilin iyun ayından bəri Rusiya Humanitar Missiyası, “Avrasiya” muxtar qeyri-kommersiya təşkilatı və “Rossotrudniçestvo” Azərbaycanın Qarabağ regionunu könüllü tərk edən ermənilərə 140 tona yaxın humanitar yardım çatdırıb: “Lakin İrəvanın narazılığı hətta o zaman da özünü göstərib. Narazılıq hətta o həddə çatıb ki, rəsmi kanallarla “çox sağ olun, lazım deyil” cavabı verilib”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək