Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai CGTN telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, İran danışıqlardan heç vaxt imtina etməyib və diplomatiyaya sadiqliyini nümayiş etdirib. Lakin hazırda ABŞ və İsrail tərəfindən hücumlara məruz qalan ölkə üçün əsas prioritet sərhədlərin, ərazinin və əhalinin qorunmasıdır.