Dünya
Fransa Yaxın Şərqə qoşun göndərir? – Nazirdən CAVAB
Xpress.az Redaksiyası
15.03.2026 16:16
“Fransa Yaxın Şərqə hərbi kontingent göndərməyəcək”.
Bunu Fransa Silahlı Qüvvələr naziri Ketrin Votren “Le Journal du Dimanche” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda belə bir qərar qəbul etmək üçün heç bir əsas yoxdur.
Votrin həmçinin İraqın Ərbil şəhərindəki kürd-fransız birgə bazasına pilotsuz təyyarənin zərbəsi nəticəsində bir fransız əsgərinin ölümü ilə bağlı başsağlığı verib.
O, hücumu “tamamilə qəbuledilməz” adlandırıb. (Globalinfo.az)