Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Zəngilanda Novruz festivalı keçirildi
Zəngilanda Novruz festivalı keçirildi
Mədəniyyət

Zəngilanda Novruz festivalı keçirildi - FOTOLAR

Xpress.az Redaksiyası 18.03.2026 15:41

Zəngilan rayonunun Ağalı kəndində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Novruz bayramı münasibətilə festival təşkil olunub.

Festival çərçivəsində sərgi-satış yarmarkaları, milli adət-ənənələri əks etdirən təqdimatlar, həmçinin Novruz personajlarının iştirakı ilə əyləncəli proqramlar keçirilir. Tədbirdə müğənnilər, xanəndələr, aşıqlar, xor kollektivləri və rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunur.

Festivalın əsas məqsədi Şərqi Zəngəzur iqtisadi rayonunun zəngin mədəni irsinin və turizm potensialının tanıdılmasıdır. Bayram tədbirlərində yerli istehsal məhsulları, əl işləri və milli mətbəx nümunələri də nümayiş etdirilir.

Qeyd edək ki, proqram çərçivəsində ənənəvi Novruz tonqalı qalanır, həmçinin Kosa və Keçəl kimi folklor personajlarının iştirakı ilə müxtəlif səhnəciklər və oyunlar təşkil olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək