Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə İlaxır çərşənbə qoruqlarda kütləvi tədbirlərlə qey...
İlaxır çərşənbə qoruqlarda kütləvi tədbirlərlə qeyd olunub -
Ana səhifə

İlaxır çərşənbə qoruqlarda kütləvi tədbirlərlə qeyd olunub - FOTO

Xpress.az Redaksiyası 19.03.2026 15:16

Martın 17-də Azərbaycan xalqı Novruzun son çərşənbəsi – Torpaq çərşənbəsini qeyd edib.

Xpress.az xəbər verir ki, bu münasibətlə Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, "Yuxarı Baş” Milli Tarix-Memarlıq, “Basqal” Dövlət Tarix-Mədəniyyət qoruqlarında da kütləvi bayram şənlikləri təşkil olunub.

Musiqili-əyləncəli tədbirlərdə Dövlət Turizm Agentliyinin, Qoruqları İdarəetmə Mərkəzinin, Abşeron, Suraxanı, Şəki və İsmayıllı rayon icra hakimiyyətlərinin təmsilçiləri, həmçinin Qarabağ müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, Novruz Azərbaycanın ən qədim və ən kütləvi ümumxalq bayramlarından biridir. Torpaq çərşənbəsi isə Novruzun mühüm mərhələsi hesab olunur. El arasında İlaxır çərşənbə kimi də adlandırılan bu əlamətdar gün təkcə ilin son çərşənbəsi deyil, həm də baharın, yeni başlanğıcın müjdəsidir. Respublikamızın hər yerində baharın gəlişi, xalqımızın qədim el bayramı olan Novruz böyük sevinc və fərəhlə qarşılanır.

Rəsmi çıxışlardan sonra qazilər və şəhid ailəsi üzvləri rəmzi bayram tonqallarını yandırıblar.

Bayram şənliyində Novruzla bağlı müxtəlif səhnəciklər göstərilib, baharın gəlişinə aid mahnılar, milli rəqslər ifa olunub, ansambllar çıxış ediblər. Bununla yanaşı, güləşçilər və kəndirbazlar öz məharətlərini göstəriblər, Keçəllə Kosanın məzhəkəli tamaşası, yumurta döyüşdürmə və sair adətlər nümayiş olunub.

Tədbirlər çərçivəsində Novruz şirniyyatlarından ibarət sərgi, eləcə də milli sənətkarlıq nümunələrinin yarmarkası təşkil olunub. Sənətkarlar müxtəlif əl işlərini – xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma və digər dekorativ sənət nümunələrini qonaqlara təqdim ediblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Arzu Nəsirli şöbə rəisi təyin olundu

04.11.2026 10:01 Media

Dumanlı havada avtomobil idarə edənlərə

04.11.2026 09:52 Cəmiyyət

ABŞ-də seçkilərin ilkin nəticələri açıqlanır -

04.11.2026 09:30 Dünya

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək