Dünya
İran üç müsəlman ölkəsinə hücum etdi
Xpress.az Redaksiyası
19.03.2026 22:17
İran 65-ci silsilə zərbələr zamanı Amerika Birləşmiş Ştatlarının Bəhreyn, BƏƏ və Səudiyyə Ərəbistanındakı bazalarına hücum edib.
Publika.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) özünün "Telegram" kanalında məlumat verib.
Bundan əlavə, İsrailin Tel-Əvivdəki 13-cü kanalının redaksiyasına hücum edilib. SEPAH bəyan edib ki, bu hücumlar İran freqatının batırılmasına və kəşfiyyat naziri İsmail Xatibə qarşı sui-qəsd cəhdinə cavab tədbiridir. SEPAH-ın məlumatına görə, zərbələr pilotsuz uçuş aparatlarından istifadə edilməklə endirilib.