Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukrayna ilə bağlı sülh danışıqları bərpa olunur -
Ukrayna ilə bağlı sülh danışıqları bərpa olunur -
Dünya

Ukrayna ilə bağlı sülh danışıqları bərpa olunur - Zelenski tarix açıqladı

Xpress.az Redaksiyası 20.03.2026 11:02

Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün sülh danışıqları yaxın günlərdə bərpa olunacaq.

Musavat.com xəbər verir ki, məlumatı Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.

Onun sözlərinə görə, Ukrayna rəsmiləri artıq ABŞ-a yola düşüblər.

Zelenski ABŞ-ın Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün müxtəlif danışıqlar formatlarında işə başlamağa hazır olduqları barədə siqnallarının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna tərəfi danışıqların mənalı olmasını təmin etmək üçün əlindən gələni edir: "Ukrayna komandası - danışıqlar qrupunun siyasi hissəsi - artıq yola düşüb. Bu şənbə (21 mart - red.) Amerika Birləşmiş Ştatlarında görüş gözləyirik".

O bildirib ki, danışıqlar prosesini Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Kiril Budanov və Radadakı "Xalqın Xidmətçisi" fraksiyasının lideri David Araxamia ilə ətraflı müzakirə edib. Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kıslıtsya da görüşlərdə iştirak edəcək: "Bizim prioritetimiz ləyaqətli sülhə nail olmaq üçün mümkün olan hər şeyi etməkdir. Bu işdə kömək edən hər kəsə təşəkkür edirəm".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək