Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ Yaxın Şərqə minlərlə hərbçi
ABŞ Yaxın Şərqə minlərlə hərbçi
Dünya

ABŞ Yaxın Şərqə minlərlə hərbçi GÖNDƏRİR – İrana qarşı quru əməliyyatları BAŞLAYIR?

Xpress.az Redaksiyası 21.03.2026 09:32

ABŞ İrana qarşı əməliyyatını genişləndirmək üçün Yaxın Şərqə minlərlə qoşun yeritməyi planlaşdırır. “Reuters” agentliyinin yazdığına görə, İran sahillərinə desant çıxarılması da istisna edilmir.

Bundan əlavə, Xarq adası ətrafındakı vəziyyət ayrıca müzakirə olunur. İran neft ixracının təxminən 90%-i oradan keçir. Mənbələr bildirir ki, Ağ Evdə adanı məhv etmək əvəzinə, üzərində nəzarəti bərqərar etmək variantı nəzərdən keçirilir.

Görəsən, İrana qarşı quru əməliyyatı başlayacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, ABŞ-ın genişmiqyaslı quru əməliyyatı keçirəcəyi inandırıcı deyil:

“Çünki belə bir quru əməliyyatı keçirmək üçün bölgəyə İran ordusundan say baxımdan ən azı iki dəfə çox olan qüvvə yeridilməlidir. Bu da milyondan artıq hərbçi deməkdir. Belədə, ABŞ-ın müttəfiqlərinin də əməliyyatda iştirakına ehtiyac yarana bilər. Lakin müttəfiqlərin belə bir istəyi yoxdur”.Ekspert hesab edir ki, indiki mərhələdə ABŞ-ın əsas hədəfi Xarq adasını tutmaqdır

“Hələliksə, ABŞ-ın bölgədə cəmi 50 min əsgəri var. Bu sayda hərbçi ilə isə genişmiqyaslı hərbi əməliyyat keçirmək mümkünsüzdür. Xarq adasını tutmaq isə mümkündür. Adadakı terminalı ələ keçirməklə İranı güzəştlərə məcbur etmək olar. Ora hücumun baş verəcəyini gözləyirəm. Bu ABŞ-ın vəziyyətdən çıxmaq üçün yeganə şansıdır”.

Səmədovun fikrincə, Amerika daxilində də quru əməliyyatına dəstək yoxdur:

“ABŞ-da əhali də quru əməliyyatına dəstək vermir. Belədə, Tramp çətin ki, quru əməliyyatına cəsarət etsin. Hətta belə bir əməliyyata gedilərsə, onun uzanması ehtimalı da istisna edilməməlidir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək