Dünya
ABŞ İranın dediklərini təkzib etdi: F-15 qırıcısı vurulmayıb
Xpress.az Redaksiyası
23.03.2026 08:33
ABŞ ordusu İranın F-15 qırıcı təyyarəsini vurmadığını iddia edir.
Bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.
"Yalan. İran rejiminin bu yaxınlarda F-15 qırıcı təyyarəmizi vurduğu barədə şayiələr yayılıb. Əməliyyatı zamanı ABŞ qüvvələri 8000-dən çox döyüş uçuşu həyata keçirib. İran bir dənə də olsun qırıcı təyyarəni vurmayıb", - deyə bildirilir.
Xatırladaq ki, İran ordusu martın 22-də Hörmüz adası yaxınlığında F-15 qırıcı təyyarəsinə hücum edildiyini və məhv edildiyini iddia edib.