Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Kosmosa biletlər satışa çıxarıldı –
Kosmosa biletlər satışa çıxarıldı –
Dünya

Kosmosa biletlər satışa çıxarıldı – QİYMƏTLƏR

Xpress.az Redaksiyası 01.04.2026 13:43

Kosmos turizmi sahəsində fəaliyyət göstərən “Virgin Galactic” təxminən iki illik fasilədən sonra yenidən bilet satışına başlayıb.

Şirkət bildirib ki, yeni uçuşlarda məhdud sayda, cəmi 50 nəfərlik oturacaq satışa çıxarılıb və bilet qiyməti hər nəfər üçün 750 min dollar təşkil edir.

Referans Media  xəbər verir ki, şirkətin baş icraçı direktoru Maykl Kolqlazier açıqlayıb ki, uçuşlar 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlayacaq. Turistlər “SpaceShip” adlı kosmos gəmisində təxminən 90 dəqiqə davam edən orbitaltı (suborbital) uçuş təcrübəsi yaşayacaq və bir neçə dəqiqə mikroqravitasiya mühitində hərəkət edə biləcəklər. “Virgin Galactic” artıq “qurucu astronavt” adı verilən 650-dən çox rezervasiya sahibi müştəriyə malikdir. Yeni satışlar isə bu qrupun uçuşlarından sonra başlayacaq. Şirkətin kosmos turizmi sistemi iki mərhələli uçuş modelinə əsaslanır: əvvəlcə kosmos gəmisi böyük bir daşıyıcı təyyarə ilə yüksəkliyə qaldırılır, sonra raket mühərriki işə salınaraq kosmosa yüksəlir.

Uçuşdan sonra gəmi yenidən Yerə qayıdır. Kosmos turizmi bazarında “Virgin Galactic”in əsas rəqiblərindən biri olan “Blue Origin” yanvar ayından etibarən turist uçuşlarını ən azı iki il müddətinə dayandırıb. “SpaceX” isə daha çox peyk buraxılışı, yük daşınması və dövlət layihələrinə fokuslanıb. İlon Mask rəhbərliyində olan “SpaceX”in bu sahəyə məhdud marağı, zəngin müştərilər üçün kosmos turizmi seçimlərini daraldıb. “Virgin Galactic” rəhbərliyi ilkin mərhələdə ayda təxminən 4 uçuş planlaşdırıb, əməliyyatlar genişləndikcə bu sayın 8-10-a çatdırılması gözlənilir. CEO Kolqlazier həmçinin mövcud 750 min dollarlıq bilet qiymətinin gələcəkdə tədricən arta biləcəyini bildirib. Ekspertlər qeyd ediblər ki, artan maraq kosmos turizminin yaxın illərdə daha böyük bazar halına gələcəyini göstərir./Sfera.az

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək