Dünya
İrandakı müxaliflərə silah göndərilib, amma... - Tramp ETİRAF ETDİ
Xpress.az Redaksiyası
05.04.2026 20:03
ABŞ İrandakı müxalifətçilərə silah dolu yüklər çatdırmağa cəhd edib.
Bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.
"Biz onlara atıcı silahlar, çoxlu silah göndərirdik. Bunu kürdlər vasitəsilə edirdik", - deyə Amerika lideri qeyd edib.
O hesab edir ki, nəticədə kürd silahlıları bu yükü İrana ötürməyiblər. Ağ Ev rəhbərinin fikrincə, onlar həmin silahları özlərinə saxlayıblar.