Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Yeləni” kəlağayılarından Könül Vəlibəylinin xatir...
“Yeləni” kəlağayılarından Könül Vəlibəylinin xatirəsinə xüsusi
Mədəniyyət

“Yeləni” kəlağayılarından Könül Vəlibəylinin xatirəsinə xüsusi LAYİHƏ - FOTOLAR

Xpress.az Redaksiyası 07.04.2026 14:30

Azərbaycanın milli-mədəni irsinin təbliği istiqamətində yeni layihə təqdim olunub. “Yeləni” kəlağayıları tərəfindən həyata keçirilən təşəbbüs Bakı Milli Geyim Evinin mərhum rəhbəri Könül Vəlibəylinin xatirəsinə həsr edilib.

Layihə çərçivəsində Azərbaycan tarixində və folklorunda mühüm yer tutan qadın obrazları — Xurşudbanu Natəvan, Sara Xatun və Həcər — Bakı Milli Geyim Evinin hazırladığı milli geyimlər və “Yeləni” kəlağayıları ilə yenidən canlandırılıb.

Təşəbbüsün əsas məqsədi tarixi obrazlara yeni nəfəs vermək, milli ənənələri müasir təqdimatla geniş auditoriyaya çatdırmaq və Azərbaycanın zəngin irsinin unudulmamasına töhfə verməkdir. Layihədə istifadə olunan geyim və aksesuarlar tarixi üsluba uyğun şəkildə hazırlanaraq dövrün ruhunu əks etdirir.

Layihədə tanınmış simalar da iştirak ediblər. Belə ki, aparıcılar Nübar Əbil və Aysel Aslanqızı, eləcə də aktrisa və aparıcı Gültac Əlili müxtəlif obrazları canlandırıblar.

Qeyd edək ki, layihə həm estetik baxımdan diqqət çəkir, həm də milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli təşəbbüs kimi qiymətləndirilir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək