Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Mənəvi dəyərlərin itirilməsindən başlayan uçurum-
Mənəvi dəyərlərin itirilməsindən başlayan uçurum-
Mədəniyyət

Mənəvi dəyərlərin itirilməsindən başlayan uçurum- GÜLƏR MÜBARİZ YAZIR

Xpress.az Redaksiyası 09.04.2026 13:16

Mənəvi dəyərlərin itirilməsi insan taleyinin məhv olmasıdır.
İnsan həyatını yalnız maddi ehtiyacların ödənilməsi ilə ölçmək mümkün olsaydı, bəlkə də mənəviyyat, vicdan, mərhəmət və sədaqət kimi anlayışlar bəşər tarixinin ən böyük sərvətləri sayılmazdı. İnsanı digər canlılardan fərqləndirən əsas xüsusiyyət onun daxili aləmi -ruhunun dərinliklərində yaşayan mənəvi dəyərlərinin mövcudluğudur. İnsanın həyat yoluna istiqamət verən görünməz kompas kimidir bu dəyərlər; hansı yönü göstərsə, o yolu tuturuq. Bu kompası, yönünü itirmiş “səyyah” ucu-bucağı olmayan sonsuz səhrada necə istiqamətsiz qalırsa, mənəvi dəyərlərini itirən insan da həyatın mənasını və məqsədini tədricən itirməyə başlayır.

Mənəvi keyfiyyətlər insanın kimliyini tərənnüm etdiyi kimi, mənəviyyat dedikdə də insanın xarakterini formalaşdıran, onu cəmiyyət qarşısında məsuliyyətli, öz vicdanı qarşısında ləyaqətli edən ən mühüm dayaq nöqtələrindən biridir. Vicdanın səsinin susduğu, dürüstlüyün dəyərinin azaldığı, sədaqət və mərhəmət kimi anlayışlar ikinci plana keçdiyi zaman insanın ruh dünyasında səssiz bir boşluq yaranır. Ən qorxunc halların başlanğıcının xəbərçisidir bu .
Çünki bu boşluq yalnız şəxsi həyatın deyil, bütöv cəmiyyətin mənəvi atmosferini sarsıdır.
Hər bir fərd cəmiyyətin təməlini formalaşdıran, onu ayaq üstə saxlayan dayaq nöqtəsidir. Hər bir insan cəmiyyətin bir hissəsidir və bu baxımdan da onun daxili dünyasındakı dəyişikliklər bilavasitə ictimai münasibətlərdə də öz əksini tapır.

Hər birimiz öz dünyamızın da,bəşəriyyətin də aynasıyıq.

Tarixin müxtəlif dövrlərinə nəzər saldıqda aydın görünür ki, böyük sivilizasiyaların tənəzzülü yalnız iqtisadi və ya siyasi səbəblərlə, müharibələrlə bağlı olmamışdır. Çox vaxt bu süqutun arxasında mənəvi aşınma, əxlaqi prinsiplərin zəifləməsi və insanın öz ruhundan uzaqlaşması dayanmışdır. Maddi rifahın cazibəsi qarşısında mənəvi dəyərlərin kölgədə qalması insanı zahirən güclü, lakin daxilən zəif bir varlığa çevirir. Kimliyindən azır, kor-koranə yaşadığı həyatın sınaqları qarşısında dayanıqlı ola bilmir.

Mənəvi dəyərlərin itirilməsi insan taleyinin məhv olması kimi də qiymətləndirilə bilər, çünki bu proses tədricən insanın özünü tanımaq qabiliyyətini də əlindən alır, özünü tanımadıqca da ətrafından da uzaqlaşır, özünə vurduğu zərərlə başqalarının də həyatına mənfi təsir göstərməyə başlayır.
İnsan yalnız qazandığı sərvətlərlə deyil, yaşatdığı prinsiplərlə, qoruduğu dəyərlərlə və arxasında qoyduğu mənəvi izlərlə,qoruyub saxladığı adı ilə dəyərlidir. Bu izlər silindiyi təqdirdə insanın həyatı zahirən davam etsə belə, onun mənəvi mövcudluğu yoxa çıxmış olur.

Mənəviyyat yalnız şəxsi seçim deyil, həm də bir məsuliyyətdir. İnsan hər gün,mütəmadi olaraq etdiyi seçimlərlə ya mənəvi dəyərləri möhkəmləndirir, ya da onları zəiflədərək böyük bir çuxura doğru öz sonunu hazırlayır.

Vicdansızlığın, laqeydliyin, düşüncəsizlik və eqoizmin sarsıtdığı şəxsin mənəvi sütunları cəmiyyətə birbaşa təsir göstərir.

Əksinə, hər bir dürüst davranış, hər bir mərhəmətli addım, hər bir ədalətli qərar isə cəmiyyətin mənəvi sütunlarını gücləndirməyə xidmət edir.

Vətənə sevgi, sədaqət, valideynə hörmət, övlada qayğı və məhəbbət, ətrafına qarşı dürüstlük sərvət kimidir əslində. Bu sərvətə sahib olan hər kəs xoşbəxtdir, hər kəs huzur doludur. Vicdanı ilə baş-başa qaldıqda rahat nəfəs ala bilən kəslərlə cəmiyyətin düzgün inkişafı davam edə bilər.

Yeniyetmələrin düzgün tərbiyə olunması, mənəvi dəyərlərin düzgün aşılanması buna bir istiqamətdir. Yetər ki, gənclərə düzgün nümunə ola bilək, gələcəyimizin etibarlı əllərdə olması naminə ilk özümüz nümunəvi olaq.

Övladı dünyaya gətirib taleyini Allahın ümidinə buraxanlar, qızların gələcəyini öz şəhvətlərinə qurban verənlər, gələcəyin mərd əsgərini yox, üzdəniraqları təbliğ edənlər, ailəsinin şərəfini ayaq altına alanlar, Vətənə xəyanəti yaşayış tərzi bilənlər, qul haqqı yeyənlər, fitnəkarlığı yayanlardan cəmiyyətimizin xilas olması naminə mənəvi dəyərlərimizi qorumalıyıq. Özgə evin işığı heç kimin yuvasına düşmür, özümüz özümüzə dost olmasaq, güclü cəmiyyətdə yaşamaqdan nəsibimizi ala bilməyəcəyik.

Qınayın mənəviyyatımızı sarsıtmağa xidmət edənləri, qınayın sosial şəbəkələrdə millətimizin üzünə qara ,valideyin adına ləkə olanları, qınayın mərdliyi kölgə altına salan naxələfləri.

Düşmənin yoluna çıraq , ağzına məzə olanları, bir yumruq altında birləşən xalqımıza ayrı-seçkilik salanları, vicdanını var-dövlətə satanları, milli mentalitetimizə kölgə salan bütün yad ünsürləri.

Arının bütün natəmizlikdən. Bir olaq,yumruq olaq, vətənimizə vətən daşı yox, vətəndaş olaq. Sevib,sevilək, yaxşılıqdan ilham alaq, qəlb qırmaqdan Kəbə evini yıxmaq qədər qorxub çəkinək.

O zaman yüksələn cəmiyyətin yüksək ruhlu insanları arasında rifahdan söhbət gedəcək.

Nəticə etibarilə, insanın əsl taleyi onun bu dəyərlərə söykənərək yaşamasından asılıdır. Maddi uğurlar zamanın axarında dəyişə və ya yox ola bilər, lakin mənəvi dəyərlər insanın həyatına əbədi məna qazandıran ən böyük sərvətdir. Bu sərvətdən məhrum olan insan yalnız bir yolunu deyil, bütöv taleyini itirmək təhlükəsi ilə üz-üzə qalır. Çünki mənəviyyatsız həyat zahirən mövcud olsa da, mahiyyət etibarilə boş və məqsədsiz bir varoluşdan başqa bir şey deyil.

Dopdolu bir həyat ümidi ilə.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Gülər Mübariz

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək