Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “İldə bir dəfə səhnəyə çıxıb maaş alanlar var” –
“İldə bir dəfə səhnəyə çıxıb maaş alanlar var” –
Mədəniyyət

“İldə bir dəfə səhnəyə çıxıb maaş alanlar var” – Tanınmış solistdən sərt açıqlama

Xpress.az Redaksiyası 11.04.2026 19:48

“Son zamanlar teatrımız haqqında xoşagəlməz və həqiqətə uyğun olmayan söhbətlər yayılır. Bu deyilənlərin böyük əksəriyyəti, demək olar ki, 90 faizi əsassızdır”.

Bu sözləri Xpress.az-a açıqlamasında tanınmış opera ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı Taleh Yəhyayev bildirib.

Onun sözlərinə görə, işə gəlməyən əməkdaşların maaşlarının kəsilməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:

“İddia olunur ki, guya işə gəlməyən əməkdaşların maaşlarının kəsilməsi qanunsuzdur. Halbuki bu, tamamilə qanuna uyğundur. Dövlət müəssisəsində çalışan hər bir işçi müəyyən müddət işə çıxmadıqda ya intizam məsuliyyətinə cəlb olunur, ya da əməkhaqqından həmin günlər tutulur. Bu qayda hamıya aiddir. Mənim də işə gəlmədiyim günlər olub və qanuna uyğun şəkildə həmin günlərin əməkhaqqı kəsilib. Bu, normal və ədalətli yanaşmadır”.

T.Yəhyayev bildirib ki, bəzi şəxslər illərlə səhnədən uzaq qalsalar da, əməkhaqqı almaqda davam edirlər:

“Açıq demək lazımdır ki, işə gəlmək hər bir əməkdaşın borcudur. Təəssüf ki, elə insanlar var ki, illərlə teatr səhnəsində çıxış etmirlər, ölkədən kənarda yaşayırlar və Azərbaycana nadir hallarda gəlirlər. Buna baxmayaraq, aylarla maaş alırlar. Bəziləri ildə cəmi bir dəfə səhnəyə çıxır və o çıxış da çox vaxt peşəkar səviyyədə olmur”.

O, bəzi solistlərin özlərini xaricdə Azərbaycanı təmsil edən sənətçilər kimi təqdim etməsinə də münasibət bildirib:

“Bəzən özlərini ‘dünyaca məşhur’ kimi təqdim edərək guya Azərbaycanı xaricdə təmsil etdiklərini deyirlər. Lakin indiyədək onların afişalarında Azərbaycanın adına rast gəlməmişik. Əgər doğrudan da ölkəni təmsil edirlərsə, bunu konkret faktlarla sübut etsinlər. Reallıq isə ondan ibarətdir ki, bəziləri illərdir şəxsi maraqları üçün xaricdə yaşayır, müxtəlif fəaliyyətlərlə məşğul olur, lakin özlərini teatrın aparıcı simaları kimi təqdim edirlər”.

Solistin sözlərinə görə, bu şəxslərin əksəriyyəti rəsmi olaraq teatrı təmsil etmir:

“Onların əksəriyyəti nə ‘Opera və Balet Teatrının solisti’ kimi çıxış edir, nə də adlarının yanında Azərbaycan qeyd olunur. Buna baxmayaraq, ilboyu maaş alırlar”.

T.Yəhyayev teatr rəhbərliyi ilə bağlı səsləndirilən iddialara da toxunub:

“Direktor haqqında yayılan bəzi iddialar da həqiqətə uyğun deyil. Guya rəhbərlik əməkhaqqını mənimsəyir kimi fikirlər səsləndirilir. Mən bunu səmimi şəkildə deyirəm ki, bu cür iddialar əsassızdır. Əksinə, rəhbərlik tərəfindən ehtiyacı olan əməkdaşlara, qazi ailələrinə və maddi çətinlik yaşayan texniki işçilərə dəfələrlə şəxsi dəstək göstərilib”.

O, teatrın direktoru Yusif Eyvazov barədə deyilənlərə də aydınlıq gətirib:

“Yusif Eyvazov dünya səhnələrində çıxış edən sənətkardır və qazandığı qonorarlardan ehtiyacı olan insanlara kömək etdiyini də bilirik. Maaşların kəsilməsi ilə bağlı qərarların ona aid edilməsi düzgün deyil. Həmin dövrdə o, ümumiyyətlə ölkədə olmayıb”.

Sonda sənətçi bildirib ki, teatrın əsas yükünü daşıyanlar səhnədə mütəmadi çıxış edən solistlərdir:

“Reallıq isə budur ki, bəzi solistlər əsas rolları ildə cəmi bir-iki dəfə ifa edir. Tamaşalara maraq az olur, bəzən biletlər belə satılmır. Lakin eyni şəxslər yenə də fəxri adlarına arxalanaraq özlərini yüksək səviyyədə təqdim edir.

Əslində isə teatrın əsas yükünü daşıyanlar səhnədə mütəmadi çıxış edən solistlərdir. Məsələn, mən və mənim kimi sənətçilər ildə 30–40 dəfə səhnəyə çıxırıq. Təkcə tamaşalarda deyil, teatrın konsert proqramlarında da müntəzəm iştirak edirik. Biz ayda bir neçə dəfə çıxış etdiyimiz halda, bəzi solistlər ildə cəmi bir dəfə səhnəyə çıxır.

Bu səbəbdən məsələlərə emosiyalarla deyil, faktlarla yanaşmaq və hər kəsin əməyinə ədalətli qiymət vermək vacibdir”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək