Dünya
ABŞ Hörmüz boğazını bağladı: İrana məhdud hücumlar ediləcək
Xpress.az Redaksiyası
13.04.2026 10:00
ABŞ-ın Yaxın Şərqdəki hərbi komandanlığı “CENTERCOM” İranın dəniz blokadasına alınması üçün hazırlıqların tamamlandığını açıqlayıb.
Komandanlıq bu gün saat 17:30-dan etibarən İranın sahil limanlarından giriş vı çıxışı dayandıracaq.
Bu əsnada “Wall Street Journal” nəşri etibarlı mənbələrinə istinadən bildirib ki, ABŞ prezidenti Donald Tramp və onun müşavirləri ABŞ-ın Hörmüz boğazını dənizdən mühasirəyə alması ilə yanaşı, İrana məhdud hərbi zərbələr endirməyi də nəzərdən keçirirlər.