Dünya
Bu türk dövləti rusdilli kənd adlarını ləğv edir
Xpress.az Redaksiyası
14.04.2026 11:07
Qırğızıstan hakimiyyəti 2027-ci ilin sonuna qədər ölkədəki rusdilli kənd adlarını dəyişdirməyi planlaşdırır.
Bunu Qırğızıstan Prezidenti Sadır Japarov Oş vilayətinin Alay rayonunun əhalisi ilə görüşündə deyib.
“Bu işi gələn il başa çatdırmağı planlaşdırırıq”, - o bildirib.
Japarov onu da vurğulayıb ki, o, Qırğızıstanda tanınmış tarixi şəxsiyyətlərin adlarının yaşayış məntəqələrinə verilməsinə də qarşıdır.(Axar.az)