Türkiyədə liseyə silahlı hücumla bağlı geniş araşdırma başlayıb - YENİLƏNİB-2
Türkiyədə liseydə silahlı hücum nəticəsində 16 nəfərin yaralandığı hadisə ilə bağlı polis genişmiqyaslı araşdırma başladıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisə ilə bağlı təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı araşdırma başlanılıb və təfərrüatlar barədə ictimaiyyətə məlumat veriləcək.
12:17
Türkiyədə liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb.
Bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, hadisəni törədən 2007 təvəllüdlü məktəbli özünü öldürüb.
Şanlıurfa valisi Hasan Şıldakın sözlərinə görə, yaralılardan 4-ü müəllim, 10-u şagird, biri polis, biri isə məktəb bufetinin əməkdaşı olub.
Yaralanan müəllimlərdən birinin vəziyyəti ağırdır.
11:59
Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.
NTV-nin xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.
Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.
Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.
Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.
Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.