Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Anar Xəlilov: "Hər hansı konkret fakt mövcuddursa,...
Anar Xəlilov: "Hər hansı konkret fakt mövcuddursa, onların rəsmi qaydada təqdim olunması vacibdir"
Ana səhifə

Anar Xəlilov: "Hər hansı konkret fakt mövcuddursa, onların rəsmi qaydada təqdim olunması vacibdir"

Xpress.az Redaksiyası 17.04.2026 15:46

İşğaldan azad olunmuş ərazilərə qayıdış prosesi hazırda ölkənin sosial və siyasi gündəmində prioritet istiqamətlərdən biri kimi qalmaqdadır. Bu prosesin həyata keçirilməsi, köçürülmə mexanizmlərinin şəffaflığı və vətəndaşların müraciətlərinə yanaşma məsələləri cəmiyyətdə xüsusi maraq doğurur.

Xpress.az xəbər verir ki, moderator.az maraq doğuran sualları Qaçqınların və Məcburu Köçkünlərin işləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri,Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilova ünvanlayıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

– Anar müəllim, işğaldan azad olunmuş ərazilərə qayıdış prosesi artıq geniş vüsət alıb. “Böyük Qayıdış” proqramı çərçivəsində köçürülmə hansı prinsiplər və prioritetlər əsasında həyata keçirilir?

–Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də mühüm infrastruktur layihələri həyata keçirilir. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir.

Bu proses Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə yanında fəaliyyət göstərən İctimai Şura olaraq biz də prosesi yaxından izləyirik. Eyni zamanda Dövlət Komitəsi ilə vətəndaşlar arasında maarifləndirmə istiqaməti üzrə əlaqələndirici rol oynamağa çalışırıq.

Hazırda köçürülmə prosesi ilkin dövr üçün əsasən ağır şəraitdə yaşayan məcburi köçkünləri əhatə edir. Məsələn yataqxana, uşaq baxçaları, inzibati binalar, başqa vətəndaşların mənzillərində məskunlaşanlar və təbii ki, Şəhid ailələri də ilkin köçürülənlər sırasındadır. Artıq ilkin olaraq Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Xocalı, Xocavənd, Laçın, Kəlbəcər, Şuşa, Ağdərə və Xankəndi daxil olmaqla bir sıra ərazilərə qayıdış təmin olunub. Yaxın vaxtlarda Qubadlı rayonu üzrə də növbəti mərhələnin həyata keçirilməsi nəzərdə tutulur.

– Sosial şəbəkələrdə köçürülmə prosesi ilə bağlı müxtəlif iddialar səsləndirilir. Bu iddiaların araşdırılması mexanizmi necə qurulub və vətəndaşlar qarşılaşdıqları problemləri hansı qaydada rəsmi şəkildə çatdıra bilərlər?

– Komitənin bunla bağlı aidiyatı üzrə şöbəsi var, bütün gələn şikayətlər araşdırılır və müvafiq qaydada aidiyatı üzrə şöbələrə yönləndirilir. Aparılan araşdırmaların nəticələri isə rəhbərliyə təqdim olunur.

Səsləndirilən iddialarla bağlı bir daha bildiririk ki, hər hansı konkret fakt mövcuddursa, onların rəsmi qaydada təqdim olunması vacibdir. Biz də İctimai Şura olaraq bu məsələdə həssas mövqe tuturuq və rəsmi olaraq fakta söykənən müraciət olarsa aidiyyatı üzrə təqdim etməyə hazırıq. Komitə rəhbərliyinin də mövqeyi bundan ibarətdir. 

Həmin məlumatlar Komitəyə, onun qaynar xəttinə və ya birbaşa hüquq-mühafizə orqanlarına da çatdırıla bilər.Təəssüf ki, bir çox hallarda bu iddiaları irəli sürən şəxslər konkret faktlar təqdim edə bilmirlər. Aparılan araşdırmalar da göstərir ki, səsləndirilən bu fikirlər həqiqəti əks etdirmir. Bu isə real problemlərin düzgün qiymətləndirilməsinə mane olur.

Bununla yanaşı, obyektiv şəkildə qaldırılan problemlər hər zaman diqqətlə araşdırılır və operativ şəkildə həllini tapır. Lakin əsassız ittihamlar prosesi ləngidir və əlavə vaxt itkisinə səbəb olur.

– Köçürülmə prosesinin şəffaflığı və ədalətliliyi cəmiyyət üçün ən həssas məsələlərdəndir. Bu istiqamətdə İctimai Şuranın rolu nədən ibarətdir və vətəndaşların prosesə inamının artırılması üçün hansı addımlar atılır?

– Püşkatma prosesi tam şəffaf şəkildə həyata keçirilir. bütün mərhələlər açıq və müşahidə altında aparılır. İctimai nəzarət təmin olunur və bu istiqamətdə ictimaiyyət nümayəndələrinin iştirakı vacib hesab edilir. Ümumilikdə, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər dövlətin əsas prioritetlərindən biridir və uğurla icra olunur. Bu prosesdə obyektivlik, şəffaflıq və ictimai dəstək xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, aparılan işlərə kölgə salınmaması, dezinformasiya və əsassız iddialardan uzaq durulması vacibdir. Bu, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin düzgün qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək