Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Sevgi qorxudur, sevdiyini itirmək qorxusu
Sevgi qorxudur, sevdiyini itirmək qorxusu
Mədəniyyət

Sevgi qorxudur, sevdiyini itirmək qorxusu

Xpress.az Redaksiyası 20.04.2026 14:05

Sevimli həyat yoldaşım Aidə xanımın əziz xatirəsinə
Esse


Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt mənim gülüm, qayıt bu yerə
Ey mənim istəyim, nə gəlməz oldun.
                                                                                                   Əli Kərim
Əzizim Aidə, yadındamı, həmişə mən deyərdim ki, sevgi qorxudur. Səni itirmək qorxusu məndə həmişə sonsuzluq qədər olub, heyhat bu qorxu çox tez baş verdi. Amma o qorxudan doğan sevgim sənə sonsuzdur, əbədidir, həm bu dünyada, həm o dünyada.
Sən həmişə məni qoruyardın, bağışla səni qoruya bilmədim. O dünyada yerin cənnət olsun.
Bilirsənmi, sən gedəndən sonra təhna qaldığım bu mərhəmətsız, vəfasız dünyada sənsiz nələr çəkirəm. Sən geri dönərsən deyə, gözlərim yollarda qalıb.
Ruhu yaralı, ürəyi ağrılı yaşayıram. Bilirəm, bir daha “əzizim Aidə” deyə çağıranda cavab gəlməyəcək, amma “gəldim” sədan həmişə qulağımdadır.
Nə kitablar, nə elmi biliklər, nə həyat təcrübəsi yoxluğunu anlamağa yetmədi.
Birgə yaşadığımız xoşbəxt illərdə çox cətinliklər olsa da, yaşamaq eşqi, sənin xoş münasibətin, müdrikliyin, gələcəyə pozitiv baxışın sayəsində hər cür cətinliklərin öhdəsindən asanlıqla gəlirdik. Düşünürdüm ki, yaşadığımız bu həyat yazdığımız xoşbəxt sonluqlu bir romandır. Ancaq bilməzdim ki, Tanrının yazdığı roman bambaşqaymış. Bu bizim birgə ömrümüzün həyat kitabıdır. Çox əfsuslar ki, Tanrının yazdığı bizim tale kitabımızı qəfil və vaxtsız bağladı.
Əzizim Aidə, yadındamı, sənə həmişə deyərdim ki, məni özünə bu qədər öyrətmə. Sənsiz keçəcək günlər, sanki ürəyimə dammışdı. Dostum, böyük şairimiz Musa Yaqubun dediyi kimi
Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.
Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə.
Yoxluğun hər seydən ağırmış.
Səni indi yuxularımda görürəm. Yuxum ərşə çəkilir, gecələr bir əsrə dönür.
Səhər də, axşam da xəyalımdasan, xəyallarımda səninlə keçirdiyimiz o xoş günlərdən, dünyanın birgə olduğumuz müxtəlif ölkələrindən, doğma Ağdamımızdan, sənin oxuduğun 5 №-li, mənim oxuduğum 1 №-li məktəb illərindən söhbət açırıq.
Sən getməyinlə sanma ki, tək özünü apardın. Sən sevincimi, kədərimi, ömrümü də özünlə apardın. Sən çevrəmizdə, ailəmizdə kər kəsi əvəz edirdin, amma indi səni əvəz edən yoxdur.
Tez-tez düşünürəm ki, heç olmasa bir anlığa yanımda olaydın (eh sən orda, mən burda, dönüşü olmayan bir yoldayıq), gözlərinə baxaydım, o xoşbəxt gənclik illərində şeir həsr etdiyim gözlərinə
Mən nə deyim o gözlərə,
Ulduz deyim, yox, ulduzlar
Göydə yanır.
O gözlərsə ürəyimin lap içində
İşıqlanır.
 
İndi təsəllim odur ki, yaxşı ki, hec olmasa yuxularımda bir yerdəyik. Evimizin otaqlarını bəzəyən dünyanın müxtəlif şəhərlərində çəkdirdiyimiz şəkillərə baxırıq. Şuşada, Ağdamda keçən günlərimizdən söhbət açırıq; məndən övladlarını, sevimli nəvələrini bir-bir soruşursan. “İlahi, varlığına şükür, necə xoşbəxtik!” - deyirsən. Ayılıram, qarşımda sənsizliyin buza döndərdiyi otaq, tənhalıq, acı həqiqətlər, gedəndə dalımca su atmayan, evə gələndə məni qarşılamayan sevimli Aidəmin şəkilləri. Sənsiz daldığım düşüncələr dünya boyda dərddir.
Əzizim Aidə, sənsizliyin dərd yükü gündən-günə daha da ağırlaşır. Sənsizliyin hər anı mənə bir əsrdən də uzun gəlir. Dostum, qardaşım dünyaca ünlü şairimiz Ramiz Rövşən demişkən
      Bu vaxtsız sevginin əcəli yetdi
  Buydu qismətimiz ya tez, ya da gec.
                                     Hərə öz dərdini apardı getdi
  Bəs niyə dərdimiz azalmadı heç…?
 
Ancaq təsəllim odur ki, hər seyin bir sonu olduğu kimi ayrılığın, həsrətin də sonu var. Bu son biz qovuşanda olacaq. O qapalı kitab açılacaq.
Görüşənədək.
 
Sənin Rafiqin.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək