Dünya
Daha əvvəl məlum deyildi: Ayda iki yeni kəşf
Xpress.az Redaksiyası
24.04.2026 13:38
Çinli alimlər Ayda daha əvvəl məlum olmayan iki mineral aşkar ediblər.
Bu barədə “Global Times” nəşri məlumat yayıb.
Bildirilib ki, mineralların kəşfi Siçuan əyalətinin Çenqqu şəhərində keçirilən 11-ci Çin Kosmik Gününün açılış mərasimində elan edilib.
"Chang'e-5" roveri tərəfindən toplanan qaya və torpaq nümunələrində tapılan fosfat minerallarına "maqneziochangisite-(Y)" və "changisite-(Ce)" adı verilib.
Nadir torpaq fosfat kateqoriyasında olan bu minerallar Beynəlxalq Mineralogiya Birliyinin Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsnif və təsdiq edilib.