Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Az...
Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu
Mədəniyyət

Yaponiyada azərbaycanlı müəllifdən yeni kitab: “Azərbaycan adlı strategiya” nəşr olundu

Xpress.az Redaksiyası 27.04.2026 19:18

Yaponiyada fəaliyyət göstərən soydaşımız Əlibəy Məmmədov Azərbaycan haqqında növbəti kitabını nəşr etdirib. Bu, onun yapon dilində çap olunan ikinci kitabıdır. Müəllifin ilk əsəri — “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” — 2018-ci ildə işıq üzü görmüşdü.

 Yeni kitab “Azərbaycan adlı strategiya” adlanır. Nəşrin üz qabığında qeyd olunur ki, bu ölkəni tanımadan dünyanı anlamaq mümkün deyil və kiçik dövlətin böyük güclərlə rəqabətdə uğur qazanma yolları məhz bu əsərdə izah edilir.
 Kitab geopolitika, enerji təhlükəsizliyi, müharibələr, diplomatiya və dövlət idarəçiliyi kimi mövzuları əhatə edir. Əsərdə Azərbaycanın qonşu və digər dövlətlər balanslaşdırılmış siyasət apararaq əldə etdiyi uğurlar qeyd olunur. Müəllif Azərbaycanın müxtəlif dövlətlərlə — Türkiyə, İsrail, İran, Rusiya, Ukrayna, ABŞ və Avropa ölkələrilə balanslaşdırılmış siyasət yürütməsini xüsusi vurğulayır. Eyni zamanda ölkənin Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyəti və 2024-cü ildə Bakıda keçirilmiş COP29 kimi beynəlxalq tədbirlər də kitabda geniş yer alıb.
 Əsərdə Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə də toxunulur. Xüsusilə Birinci Qarabağ müharibəsi nəticəsində torpaqların işğalı, qaçqın böhranı və ağır iqtisadi vəziyyət təsvir edilir. Bununla yanaşı, “Əsrin müqaviləsi”nin imzalanması və enerji strategiyasının ölkənin inkişafında oynadığı rol ön plana çəkilir. Yaponiya şirkətləri — INPEX və Itochu Corporation — tərəfindən Azərbaycana yatırılan investisiyalar xüsusi qeyd olunur.
 Müəllif Azərbaycanın enerji siyasəti nəticəsində iqtisadiyyatını gücləndirməsini, kənd təsərrüfatı, turizm və informasiya texnologiyaları sahələrində əldə olunan nailiyyətləri vurğulayır. Kitabda, həmçinin İkinci Qarabağ müharibəsi zamanı əldə olunan qələbə və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi geniş şəkildə təhlil olunur.


 Nəşrdə Qarabağ və Şərqi Zəngəzur bölgəsində aparılan bərpa-quruculuq işləri, o cümlədən Şuşa, Laçın, Ağdam və Füzuli şəhərlərində həyata keçirilən layihələr, beynəlxalq hava limanlarının tikintisi və xarici dövlət başçılarının bölgəyə səfərləri də ətraflı təsvir edilib. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər və regionda təşkil olunan siyasi və mədəni tədbirlər kitabın əsas mövzularındandır. Bununla yanaşı, müəllif Azərbaycanın “yumşaq güc” siyasətinə də toxunur. Beynəlxalq idman yarışları, mədəni tədbirlər və xüsusilə Yaponiyada keçirilən təqdimatlar vasitəsilə ölkənin tanıdılması diqqətə çatdırılır. Kitabda “şərab diplomatiyası” anlayışı da xüsusi yer tutur — Azərbaycan şərabının Yaponiyada yalnız məhsul kimi deyil, həm də mədəniyyətin daşıyıcısı kimi təqdim olunduğu qeyd edilir.
 Kitabda, həmçinin Yaponiyanın Qarabağın bərpasında mümkün rolu da vurğulanır. Qeyd olunur ki, Yaponiya təbii fəlakətlərdən sonra şəhərlərin yenidən qurulması sahəsində böyük təcrübəyə malikdir və bu təcrübəni Azərbaycanla bölüşə bilər. Müəllifin fikrincə, “Azərbaycan adlı strategiya” kitabı Yaponiyada ölkəmizin daha yaxından tanıdılmasına və beynəlxalq imicinin güclənməsinə töhfə verəcək.
 Əsər artıq Yaponiyada geniş maraq doğurub. Populyar YouTube kanallarında təqdimatları yayımlanan kitabın ikinci tirajının çapına qərar verilib. 
 Qeyd edək ki, kitabın 2026-cı il aprel ayının 27-dən Yaponiyada rəsmi satışlarına başlanalıb. Artıq bir ay əvvəl “Amazon” reytinqlərində də yapon dilində kifayət qədər satışları gedir və ön sıralardadır. Kitab, eyni zamanda bir çox mərkəzi kitabxanalara, universitetlərə paylanılacaq. 
 Xatırladaq ki, Əlibəy Məmmədov 2012-ci ilədən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək