Dünya
İran Hörmüzdən keçən ABŞ gəmisinə hücum edib
Xpress.az Redaksiyası
04.05.2026 15:45
İran Hörmüz boğazından keçməyə cəhd edən ABŞ gəmisinə hücum edib.
Bu barədə İranın Fars xəbər agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hərbi gəmi xəbərdarlıqlara məhəl qoymadığı üçün bu addım atılıb. İran qüvvələrinin atdığı 2 raketin gəmiyə dəydiyi və bu səbəbdən gəminin istiqamətini dəyişərək geri döndüyü də vurğulanır.
Bundan öncə, İranın ABŞ hərbi-dəniz qüvvələrinin Hörmüz boğazından keçidinə mane olacağını açıqlanmışdı.