Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Yeni tədris ilindən məktəbli formaları dəyişir?
Yeni tədris ilindən məktəbli formaları dəyişir?
Təhsil

Yeni tədris ilindən məktəbli formaları dəyişir? (AÇIQLAMA)

Xpress.az Redaksiyası 07.05.2026 14:56

Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır.

Xpress.az modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov qeyd edib ki, hazırkı mərhələdə məktəbli formalarının dizaynı və modellərində dəyişiklik nəzərdə tutulmur:

"Məktəb formalarının dizaynı və modeli Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunub. Bu formalarda hər hansı dəyişiklik etmək fabriklərin səlahiyyətinə aid deyil. Hazırda qüvvədə olan qərara əsasən məktəbli formaları 4 rəngdə müəyyənləşdirilib və modellər bütün dövlət məktəbləri üçün eynidir. Heç bir istehsalçı bu formalarda dəyişiklik edə bilməz. Yalnız özəl məktəblər öz daxili qaydalarına uyğun fərqli formalar hazırlaya bilərlər. Dövlət məktəblərində isə təsdiqlənmiş standart formaların istifadəsi nəzərdə tutulur".

E.Əzimov əlavə edib ki, məktəbli formalarının qiymətləri dövlət tərəfindən tənzimlənmir:

"Qiymət məsələsi dövlət qurumları tərəfindən müəyyən edilmir. Bazarda müxtəlif istehsalçılar fəaliyyət göstərir və hər bir müəssisə məhsulun maya dəyərinə, istifadə olunan materiala və sərfiyyata uyğun qiymət müəyyənləşdirir. Bəzi məhsullar süni parçadan hazırlandığı üçün daha ucuz qiymətə təklif olunur. Lakin həmin məhsullar Nazirlər Kabinetinin müvafiq qərarında göstərilən material tələblərinə tam uyğun olmaya bilər".

O, valideynlərə məktəbli forması seçərkən məhsulun tərkibinə diqqət yetirməyi tövsiyə edib:

"Valideynlər seçim zamanı məhsulun keyfiyyət göstəricilərinə diqqət etməlidirlər. Köynəklər 100 faiz pambıq materialdan hazırlanmalıdır. Şalvar və ətəklərdə 60 faiz yun, 40 faiz polyester, jaketlərdə isə 60 faiz yun və 40 faiz polyester tərkibi olmalıdır. Fabriklər və rəsmi dövlət qurumları bu tələblərə əməl edirlər. Bəzi istehsalçılar isə məhsulları xaricdən, əsasən Çindən gətirərək daha ucuz qiymətə təklif edirlər. Buna görə də bazarda qiymətlər fərqlidir".

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

04.11.2026 09:02 Cəmiyyət

Azərbaycanda bu körpü tam bağlanır

03.11.2026 18:33 Cəmiyyət

AZAL sentyabrda ixrac gəlirləri əldə etməyib

03.11.2026 17:49 Cəmiyyət

Dövlət Ehtiyatları Agentliyinin yeni sədri Səbuhi Sadıqov kimdir? -

03.11.2026 17:21 Cəmiyyət

Aeroportlarda VİP-dən istifadə hüququ olan bu vəzifəli şəxslər siyahıdan çıxarıldı

03.11.2026 17:07 Cəmiyyət

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

03.11.2026 16:04 Cəmiyyət

Unibankda kütləvi ixtisarlar gözlənilir?

03.11.2026 15:41 İqtisadiyyat

Rövşən Məmmədov AzTV-də kadr dəyişikliyi etdi:

03.11.2026 15:23 Media

Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi

03.11.2026 14:25 Hadisə

DYP-dən payız-qış mövsümünə hazırlıqla bağlı müraciət

03.11.2026 13:52 Cəmiyyət

"Yapı Kredi Bank"ın banklara borc yükü böyüyür -

03.11.2026 12:50 İqtisadiyyat

İşıq kəsildi, 2 min toyuq tələf oldu

03.11.2026 12:30 Cəmiyyət

Bu şəxslərə ev təklif ediləcək

03.11.2026 12:04 Cəmiyyət

Zəfər günü –

03.11.2026 11:23 Cəmiyyət

Son 100 ilin ən isti qışı gözlənilir

03.11.2026 10:45 Cəmiyyət

Azərbaycanda sahibkarların ən çox olduğu iqtisadi rayonlar - SİYAHI

03.11.2026 10:11 İqtisadiyyat

Qadınların xoşbəxt yaşaması üçün imtina etməli olduğu

03.11.2026 09:59 Cəmiyyət

2027-ci ildə üç bürcü xoşbəxtlik gözləyir:

03.11.2026 09:25 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək