Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Şəhidlərimizin Qanı, Anaların Duası:
Şəhidlərimizin Qanı, Anaların Duası:
Mədəniyyət

Şəhidlərimizin Qanı, Anaların Duası: Əbədi Ehtiram-GÜLƏR MÜBARİZ YAZIR

Xpress.az Redaksiyası 08.05.2026 12:52

Azərbaycanın müasir hərb tarixinə imza atan 44 günlük Vətən Müharibəsi 2020-ci ilin 8 noyabrında Şuşanın azad olunması ilə özünün zirvə nöqtəsinə çatdı. Bu Zəfər otuz illik həsrətə son qoyaraq, regionda yeni bir reallıq yaratdı.

Zəfər Günü kimi qeyd  etdiyimiz  8 noyabr təsadüfi seçilməmişdir. Şuşa əməliyyatı dünya hərb tarixində bənzəri olmayan bir qəhrəmanlıq nümunəsidir.  Xüsusi təyinatlılarımızın sıldırım qayaları yalın əllərlə dırmaşaraq, duman və çiskin altında əlbəyaxa döyüşlə düşməni məğlub etməsi bu qələbənin mənəvi gücünü nümayiş etdirdi. Şuşanın azad edilməsi Ermənistanın hərbi və psixoloji müqavimətini tamamilə qırdı və onları kapitulyasiya aktını imzalamağa məcbur etdi.

“Dəmir Yumruq” Əməliyyatı: Birliyin Gücü

Bu qələbənin arxasında üç mühüm amil ,Müzəffər Ali Baş Komandanın qətiyyəti,diplomatik və hərbi müstəvidə atılan düzgün addımlar, rəşadətli Azərbaycan Ordusu, ən müasir texnologiyalarla PUA-lar, yüksək dəqiqlikli silahlar və qəhrəman əsgərin ruhu ilə qazanılan hərbi üstünlük. Bununla bərabər xalq-iqtidar birliyi, Dəmir Yumruq” əməliyyatı zamanı dünya azərbaycanlılarının bir amal uğrunda birləşməsi. Zəfər Günü həm də beynəlxalq hüququn və tarixi ədalətin təntənəsidir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalan qətnamələrini təkbaşına icra edərək, öz suverenliyini tam bərpa etdi. Bu gün Qarabağda ucalan üçrəngli bayrağımız həm də şəhidlərimizin qanı bahasına qazanılmış əbədi azadlığın nişanəsidir. Qeyd etməliyəm ki, 8 Noyabr Azərbaycanın məğlub xalq damğasını üzərindən atıb, qalib dövlətə çevrildiyi gündür. Bu zəfər gələcək nəsillər üçün bir qəhrəmanlıq məktəbi, region üçün isə sülh və quruculuq erasının başlanğıcıdır.

Bu möhtəşəm Zəfər təkcə hərbi gücün deyil, həm də sarsılmaz ruhun qələbəsidir. Biz bu günü ilk növbədə canlarını Vətən uğrunda fəda edən, Azərbaycanın suverenliyi üçün şəhadət şərbətini içən qəhrəman şəhidlərimizə borcluyuq. Hər bir şəhidimizin adı qəlbimizdə əbədi yaşayacaq, onların keçdiyi döyüş yolu gələcək nəsillər üçün bir qəhrəmanlıq məktəbi olacaqdır. Döyüş meydanında aslan kimi vuruşan, sağlamlığını itirsə də, qürurunu itirməyən qazilərimizə sonsuz minnətdarlığımızı bildiririk. Onların fədakarlığı və mətanəti hər bir azərbaycanlı üçün fəxr mənbəyidir. Və ən böyük təşəkkür o müqəddəs Analaradır! Dizləri üstündə Vətən sevgisi ilə qəhrəmanlar böyüdən, “Vətən sağ olsun!” deyib mətanət nümayiş etdirən şəhid analarının qarşısında baş əyirik. Bu zəfərin əsl memarları məhz övladını cəbhəyə xeyir-dua ilə yola salan, xalqın namusunu və torpağını hər şeydən uca tutan o cəsur Azərbaycan qadınlarıdır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək