Dünya
Venesuela heç vaxt ABŞ-ın 51-ci ştatı OLMAYACAQ
Xpress.az Redaksiyası
12.05.2026 17:35
Venesuelanın Prezident Komissarı Delsi Rodrigez ölkəsinin heç vaxt ABŞ-ın 51-ci ştatına çevrilməyəcəyini bildirib.
O, Venesuelanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumağa davam edəcəyini vurğulayıb.
“Bu, nə gündəmdədir, nə də heç vaxt gündəmdə olacaq. Venesuelalılar üçün ən vacib məsələ müstəqilliyin qorunmasıdır”, – deyə o qeyd edib.
Rodrigez ABŞ Prezidenti Donald Trampın Venesuela ilə bağlı açıqlamalarına cavab olaraq bu fikirləri səsləndirib.
Bundan əvvəl Trampın Venesuelanı ABŞ-ın 51-ci ştatı etmək ideyasını müzakirə etdiyi barədə məlumatlar yayılmışdı. Bu iddia isə siyasi dairələrdə geniş rezonans doğurub.