Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Ana səhifə Türk dünyası üçün tarixi və mühüm hadisə -
Türk dünyası üçün tarixi və mühüm hadisə -
Ana səhifə

Türk dünyası üçün tarixi və mühüm hadisə - FOTO

Xpress.az Redaksiyası 12.05.2026 23:13

Azərbaycan Tibb Universiteti-nin Tədris Cərrahiyyə Klinikasında “Türk Dillerinin Tıp Terimleri Sözlüğü” adlı çoxdilli fundamental nəşrin təqdimat mərasimi keçirilib.

Xpress.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Türk Akademiyasının təşkilatçılığı ilə nəşr olunan kitab Azərbaycan Terminologiya Komitəsinin dəstəyi və 31 müəllifin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib. İki cilddən ibarət olan nəşrdə 8000-ə yaxın tibbi termin yer alıb.

Tədbirdə bir sıra nüfuzlu dövlət və elm xadimləri iştirak ediblər. Onlardan Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, layihənin koordinatoru Aynur Myemerova, millət vəkilləri Günay Əfəndiyeva, İlham Məmmədov,  Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Qırğızıstanın səfiri Maksat Mamıtkanov, Özbəkistanın səfiri Bahrom Aşrafxanov, professor Çingiz Rəhimov, Terminologiya Komitəsinin sədr müavini professor Sayalı Sadıqova və AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu nəşr türk dünyasında tibbi terminologiyanın sistemləşdirilməsi baxımından tarixi və mühüm elmi hadisədir. Bildirilib ki, lüğət müxtəlif türk dillərində yazılmış tibbi mətnlərin daha asan anlaşılmasına, eləcə də süni intellekt əsaslı tərcümə sistemlərinin inkişafına töhfə verəcəkdir.

Kitabda terminlər 11 dildə, o cümlədən ingilis və rus dillərində, həmçinin 9 türk dilində - Azərbaycan, Başqırd, Qazax, Qaraqalpaq, Qırğız, Özbək, Tatar, Türk və Türkmən dillərində təqdim olunub. Terminlərin əsas bazası azərbaycanlı alimlər Nuru Bayramov, Əhliman Əmiraslanov və Çingiz Rəhimov tərəfindən hazırlanmış, daha sonra digər türk dövlətlərindən olan mütəxəssislər tərəfindən genişləndirilib.

Tədbirdə vurğulanıb ki, bu layihə türk dillərində ortaq terminoloji bazanın formalaşdırılması və gələcək elmi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır.

Günay ATİLLA

Kitabla tanış olmaq üçün aşağıdakı linklərdən keçid etmək olar:

https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages

https://turkicacademy.org/izdaniya/kniga/turk-dillerinin-tip-terimleri-sozlugu-dictionary-medical-terms-turkic-languages-2siltvol

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək