Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya WUF15 Daşkənddə keçirilsin -
WUF15 Daşkənddə keçirilsin -
Dünya

WUF15 Daşkənddə keçirilsin - Prezidentdən TƏKLİF

Xpress.az Redaksiyası 18.05.2026 15:28

Azərbaycan, xüsusilə də paytaxt Bakı sürətli və genişmiqyaslı inkişaf mərhələsindən keçir. 

Bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev videobağlantı vasitəsilə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində bildirib.

O qeyd edib ki, qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib.

“Bu fürsətdən istifadə edərək vurğulamaq istəyirəm ki, Özbəkistan da bu kimi nəcib təşəbbüslərə layiqli töhfə verməyə hazırdır”.

O eyni zamanda vurğulayıb ki, forumun əsas mövzusu olan “Dünyanı təhlükəsiz və dayanıqlı şəhərlər və icmalarla təmin etmək” çağırışı bu gün də aktuallığını qoruyur.

O, həmçinin “Yaşıl məkan” və “Təmiz hava” proqramları çərçivəsində 2030-cu ilədək şəhərlərdə yaşıllıq səviyyəsinin 30 faizə çatdırılmasının hədəfləndiyini deyib.

“Yeni Daşkənd meqalayihəsi də Özbəkistanın urbanizasiya strategiyasının nümunəsi kimi təqdim olunub. 2 milyon nəfərin yaşayışı üçün nəzərdə tutulan layihədə “yaşıl”, “ağıllı”, təhlükəsiz və “15 dəqiqəlik şəhər” prinsipləri tətbiq ediləcək.

Layihənin birinci mərhələsində dəyəri 25 milyard dollardan çox olan investisiya layihələrinə başlanılıb. Layihənin konsepsiyası forum çərçivəsində keçirilən Urban Expo sərgisində təqdim olunur”, - deyə o bildirib.

Ş.Mirziyoyev tərəfdaş ölkələri kiçik və orta şəhərlərin inkişafına daha çox diqqət ayırmağa çağırıb. O, həmçinin şəhər idarəçiliyində rəqəmsal transformasiya imkanlarından bərabər istifadə məqsədilə WUF15-i 2030-cu ildə Yeni Daşkənddə keçirməyi təklif edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək