Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İlham Əliyevə heyranlıq duyuram –
İlham Əliyevə heyranlıq duyuram –
Dünya

İlham Əliyevə heyranlıq duyuram – Vuçiç

Xpress.az Redaksiyası 18.05.2026 15:38

Mən Prezident İlham Əliyevə böyük hörmət və heyranlıq duyuram.

Bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.

“İlk növbədə, hamınıza, xüsusilə də Azərbaycan xalqına böyük qonaqpərvərliyə, burada – Bakıda bir daha göstərilən möhtəşəm qarşılanmaya və təşkil etdiyiniz unudulmaz tədbirə görə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin Prezident İlham Əliyevə, əziz dostuma xüsusi təşəkkür edirəm. Çünki bu barədə bir qədər fərqli danışmaq istəyirəm. Mən hər dəfə Bakıya, Azərbaycana gələndə – bu isə ən azı ildə bir dəfə baş verir – burada böyük dəyişikliklərin şahidi oluram. Azərbaycan xalqının və Prezident İlham Əliyevin birlikdə ölkənizin və xalqınızın rifahı naminə əldə etdiyi böyük tərəqqini görürəm. Bunu xaricdən gələn insanların görməsi daha asandır. Çünki siz özünüz gündəlik həyatınızda dəyişikliklərə daha tez uyğunlaşırsınız və onları bəzən əvvəlki qədər hiss etmirsiniz. Amma biz kənardan baxdıqda son illərdə Azərbaycanın nə qədər böyük inkişaf yolu keçdiyini açıq şəkildə görürük. Bunun çox sadə bir izahı var. Bu, sizin zəhmətiniz və fədakarlığınızla bağlıdır. Amma bundan əlavə, İlham Əliyevdə bir xüsusiyyət var ki, o, bir çoxumuzdan, bəlkə də hamımızdan daha güclüdür. Bu, öz xalqına və ölkəsinə olan böyük sevgisidir. Məhz buna görə o, belə möhtəşəm inkişaf əldə edir. Məhz buna görə bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Mən ona böyük hörmət və heyranlıq duyuram. Eyni hissləri sizə qarşı da keçirirəm, əziz dostlar. Mən də öz ölkəmdə — Serbiyada buna bənzər, tam olmasa da müəyyən dərəcədə oxşar işlər görməyə çalışıram”, – Serbiya Prezidenti qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək