Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Dünyaca məşhur elm ocağından
Dünyaca məşhur elm ocağından
Dünya

Dünyaca məşhur elm ocağından XƏBƏRDARLIQ: "Süni intellekt insan zəkasını gerilədir!"

Xpress.az Redaksiyası 18.05.2026 15:55

Son illərdə həyatımızın ayrılmaz hissəsinə çevrilən və hər suala saniyələr içində cavab tapan süni intellekt alətləri (AI) fərqinə varmadığımız böyük bir təhlükəni də bərabərində gətirir. Dünyanın ən köklü elm müəssisələrindən biri olan Böyük Britaniyanın Qrinviç Kral Rəsədxanası süni intellekt asılılığının insan zəkasını və yaradıcılıq qabiliyyətini korlaya biləcəyi barədə ciddi xəbərdarlıq edib. 

Qurumun direktoru Peddi Rocers texnoloji alətlərin təqdim etdiyi hazır cavablara tamamilə bağlı qalmağın təhlükələrindən danışıb. O bildirib ki, biliyin və mütəxəssisliyin təməlində dayanan sorğulama, araşdırma və nəticələri analiz etmə vərdişləri bu yeni rəqəmsal düzəndə tamamilə yox olmaq riski ilə üz-üzədir. 

İnsanlığı irəli aparan "lazımsız" kəşflər unudulur

Astronomiya tarixindən nümunələr gətirən mütəxəssislər qeyd edirlər ki, keçmişin elm insanları göbüzünü araşdırarkən dövrün şərtlərinə görə tamamilə "əhəmiyyətsiz" görünən detallarla da məşğul olurdular. Bir süni intellekt alqoritminin və ya robotun heç vaxt etməyəcəyi bu əlavə və "kortəbii" araşdırmalar, qeydə alındıqdan 150 il sonra belə dəniz naviqasiya sistemlərini doğrulamaq üçün kritik bir qaynağa çevrilə bilib.

Süni intellektin təqdim etdiyi süzgəcdən keçmiş və sürətli nəticələrin əksinə, insanın öz marağının ardınca gedərkən qarşılaşdığı gözlənilməz məlumatlar və təsadüfi tapıntılar tarixin ən böyük dönüş nöqtələrini yaradıb.

Hazıra qonmaq insanı əsl mənbədən uzaqlaşdırır

Süni intellektin elm dünyasındakı böyük potensialı, xüsusən də protein strukturlarını həll edərək Nobel Mükafatı qazanan "AlphaFold2" kimi uğurları danılmazdır. Təhsil mütəxəssisləri də bu texnologiyanın bir ortaq işçi kimi istifadə olunmasını dəstəkləyirlər. Lakin düşünmə prosesini tamamilə texnologiyanın öhdəliyinə buraxmaq insanlığı uçuruma aparır.

Əvvəllər rəqəmsal mənbələrdə istifadəçilər əsas qaynağa enib məlumatın doğruluğunu yoxlaya bilirdilər. İndi isə axtarış sistemlərinin və sosial media platformalarının zirvəsinə yerləşən süni intellekt xülasələri insanları yoxlanıla bilən və etibarlı informasiya mənbələrindən sürətlə uzaqlaşdırır. Alimlərin rəyinə görə, bu asılılıq davam edərsə, gələcək nəsillərin intellektual səviyyəsində ciddi geriləmələr qaçılmaz olacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək