Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Bakı artıq ideyalar üçün qlobal platformaya çevril...
Bakı artıq ideyalar üçün qlobal platformaya çevrilib
Dünya

Bakı artıq ideyalar üçün qlobal platformaya çevrilib - Albana Koçiu

Xpress.az Redaksiyası 18.05.2026 16:00

Bakı təkcə enerji əlaqələrinin mərkəzi deyil, eyni zamanda dialoq və ideyalar üçün qlobal bir platformaya çevrilib.

Bunu Albaniya Baş nazirinin müavini Albana Koçiu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

Onun sözlərinə görə, bu gün sülh, iqlim, insan inkişafı və dayanıqlılıq əsas müzakirə mövzularıdır:

"Mənzil məsələsi isə bu gündəmin mərkəzində dayanır. Təhlükəsizlik, əlverişsiz şəraitdə böyüyən uşaqlar, fəlakətlərlə üzləşən icmalar göstərir ki, bu problem artıq qlobaldır. Mənzil problemi artıq bərabərliyin və sosial sabitliyin əsas təməl daşlarından biridir. Təxminən on il əvvəl Albaniya ölkə üzrə bələdiyyələrdə transformativ şəhər intibahı proqramına başladı. O dövrdə bu təşəbbüs çoxları tərəfindən sadəcə şəhər "kosmetikası” kimi qiymətləndirildi. Amma bu proqram ictimai meydanların, gəzinti zonalarının, tarixi mərkəzlərin, parkların və şəhər xidmətlərinin yenidən təşkili baxımından dönüş nöqtəsinə çevrildi".

Albana Koçiu qeyd edib ki, Albaniya "dayanıqlılıq" sözünün mənasını da ağır nəticələrdən sonra öyrənib.

"2019-cu ildə baş verən zəlzələ bizə xatırlatdı ki, mənzil sadəcə başın üstündə bir dam deyil. Mənzil həm də fəlakətlərə qarşı ilk müdafiə xəttidir. Gələcəyin şəhərləri zəlzələ riski, daşqınlar, sürüşmələr və ekstremal hava şəraiti nəzərə alınaraq inşa edilməlidir. Daha da önəmlisi, bu şəhərlər iqlim dəyişikliyinin gətirəcəyi təsirləri əvvəlcədən proqnozlaşdıran yanaşma ilə qurulmalıdır. Şəhər keyfiyyətinə investisiyalar davam etdirilməli, ictimai məkanlar genişləndirilməli, daha yaşıl məhəllələr yaradılmalı, bərpa olunmuş mərkəzlər, daha yaxşı xidmətlər, daha inklüziv şəhərlər formalaşdırılmalıdır. Eyni zamanda, ağıllı şəhərlər qurulmalıdır. Albaniya artıq "Milli ağıllı şəhər" təşəbbüsünü başlayıb", - deyə o qeyd edib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək