Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İsrail ordusu HƏMAS-ın yeni hərbi liderini öldürüb
İsrail ordusu HƏMAS-ın yeni hərbi liderini öldürüb
Dünya

İsrail ordusu HƏMAS-ın yeni hərbi liderini öldürüb

Xpress.az Redaksiyası 27.05.2026 12:52

İsrail Müdafiə Ordusu bu gecə Qəzza zolağının şimalına endirilən zərbə nəticəsində HƏMAS-ın yeni hərbi rəhbəri Məhəmməd Odehin öldürüldüyünü təsdiqləyib.

Xpress.az İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın hədəfi Odehin sığınacaq kimi istifadə etdiyi Qəzza şəhərindəki bir neçə bina olub.

Zərbə onun hərəkətlərinin və köməkçilərinin fəaliyyətinin bir neçə ay ərzində kəşfiyyat müşahidəsindən sonra endirilib.

Həmçinin 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etmiş başqa bir HƏMAS döyüşçüsünün yaxınlıqdakı evi də hədəfə alınıb.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Odeh ötən həftə HƏMAS-ın hərbi qanadına rəhbərliyi öz üzərinə götürüb. Daha əvvəl o, qruplaşmanın kəşfiyyat bölməsinin rəhbəri vəzifəsini tutub.

İsrail ordusu iddia edir ki, Odeh oktyabrın 7-si hücumunun planlaşdırılması və koordinasiyasında əsas rol oynayıb, sonradan isə müharibə gedişində İsrail hərbçilərinə qarşı əməliyyatları və kəşfiyyat fəaliyyətini idarə edib.

İsrail təhlükəsizlik xidməti bəyan edib ki, Odeh oktyabrın 7-si hücumunun təşkilində iştirak etmiş HAMAS-ın sonuncu yüksəkrütbəli komandirlərindən biri olub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək