Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Aydan gətirilən toxumlar necə yetişdirildi?
Aydan gətirilən toxumlar necə yetişdirildi?
Dünya

Aydan gətirilən toxumlar necə yetişdirildi? - Yerdəkilərdən heç bir fərqi olmadı

Xpress.az Redaksiyası 29.05.2026 21:27

1971-ci ildə Stüart Rusa “Apollon-14” missiyasının komanda modulunun pilotu kimi qeyri-adi təcrübə həyata keçirib. O, özü ilə Aya yüzlərlə ağac toxumu aparıb. Missiyadan sonra həmin toxumlar Yerə qaytarılıb və əkilib.

Bu toxumlar əslində Ay səthinə toxunmayıb. Onlar Rusa ilə birlikdə “Kitty Hawk” adlı komanda modulunda olub. Lakin toxumlar Ay ətrafında dövrə vuraraq yenidən Yerə qayıdıb və sonradan zahirən adi görünən, amma qeyri-adi kosmik tarixçəyə malik ağaclara çevrilib.

Buna görə həmin ağaclara “Ay ağacları” adı verilib. Onların bir hissəsi bu gün də məhkəmə binalarının, məktəblərin, ştat qanunverici orqanlarının, NASA mərkəzlərinin, parkların, universitetlərin və memorial məkanların yaxınlığında qalmaqdadır. Onların kölgəsində gəzən insanların çoxu isə sadəcə şam, çinar, likvidambar, sekvoya və ya Duqlas küknarı gördüyünü düşünür.

Toxumlar çeşidlənərək kiçik paketlərə yerləşdirilmiş, möhürlənmiş və Stüart Rusanın şəxsi dəstindəki metal konteynerə qoyulmuşdu. Müqayisə aparmaq üçün eyni toxumların bir hissəsi Yer kürəsində saxlanılmışdı.

“Apollon-14” missiyası Yerə qayıtdıqdan sonra uçuşdan sonrakı dezaktivasiya prosesi zamanı toxum paketləri partlayıb. Toxumlar kameranın içərisinə səpələnərək vakuumun təsirinə məruz qalıb. Bir anlıq eksperimentin uğursuz olduğu düşünülsə də, sonradan toxumlar toplanıb və cücərdilməyə çalışılıb.

Hyuston şəhərində yetişdirilən ilk tinglərin bir hissəsi uyğun şərait olmadığından məhv olub. Sağ qalan toxumlar isə daha yaxşı təchiz edilmiş meşə təsərrüfatı stansiyalarına göndərilib.

Cənub iqliminə uyğun növlər (çinar, ladan şamı və likvidambar) Qalfport şəhərinə, sekvoya və Duqlas küknarı isə Pleservil şəhərinə göndərilib. Burada çoxsaylı toxumlardan, daha sonra isə şlamlardan sağlam tinglər yetişdirilib.

Nəticə isə gözlənildiyindən daha adi olub. Yer üzündə saxlanılan nəzarət toxumları ilə müqayisədə nə görünüşdə, nə də inkişaf tempində ciddi fərq aşkar edilməyib. “Ay ağacları” Yer mənşəli analoqları ilə eyni görünürdü. Eksperimentin əsas məqsədi də məhz bu idi: kosmos onların görünüşünü dəyişməyib, onları qəribə, cır və ya fərqli formalı etməyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək