Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya İsrail ABŞ-dan Livanı vurmağa icazə istədi
İsrail ABŞ-dan Livanı vurmağa icazə istədi
Dünya

İsrail ABŞ-dan Livanı vurmağa icazə istədi

Xpress.az Redaksiyası 01.06.2026 10:05

İsrail rəsmiləri Livanın paytaxtı Beyrutda hərbi əməliyyatları genişləndirmək üçün Vaşinqtonun təsdiqini istəyib.

Bu barədə "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, "yüksək vəzifəli İsrail rəsmiləri ABŞ-ın yüksək vəzifəli şəxslərinə müraciət edərək Beyruta hücumları genişləndirmək üçün icazə istəyiblər".

Mənbələrə görə, israillilər "həm Vaşinqton-Tehran, həm də İsrail-Livan danışıqlarında irəliləyişin olmaması nəzərə alınmaqla, ABŞ-ın cavabının müsbət olacağına" ümid edirlər.

Bundan əlavə, İsrail quru qüvvələri “Hizbullah”ın əsas qalası kimi təsvir etdiyi Nəbatiyyə şəhəri yaxınlığında hərbi əməliyyatlarını genişləndirməyə hazırlaşır. Əgər İsrail Müdafiə Qüvvələrinin quru qoşunları əraziyə daxil olarsa, bu, kampaniyanın əvvəlindən bəri Livan ərazisinə ən dərin irəliləyiş olacaq. Komandirlər "Sarı xətt"i keçməyin zəruriliyini “Hizbullah”ın davam edən dron hücumlarına cavab olaraq izah edirlər.

Bazar günü İsrail Livandakı Bofort qalası və Vadi əl-Saluki ərazilərinə nəzarəti hava hücumları, artilleriya və tankların dəstəyilə ələ keçirib. İsrail müdafiə naziri İsrael Katz bildirib ki, bu qala Qalileyadakı yaşayış məntəqələrini qorumaq və İsrail Silahlı Qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün ən vacib strateji nöqtələrdən biridir.

Bazar günü İsrailin Baş naziri Benyamin Netanyahu Tel-Əvivin Livandakı hərbi əməliyyatları  genişləndirəcəyini açıqlayıb. O, əlavə edib ki, hərbi kampaniya daha uzun çəkəcək, lakin İsrail şimalda təhlükəsizliyi bərpa edəcək.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək