Dünya
Ərəb ölkələri hava məkanlarını bağladılar
Xpress.az Redaksiyası
03.06.2026 12:33
Küveyt, Bəhreyn və BƏƏ bölgədə vəziyyətin gərginləşməsi səbəbindən hava məkanlarını müvəqqəti bağlayıblar.
Bu barədə “ISNA” məlumat yayıb.
Bildirilib ki, qərar İranın bölgədə yerləşən ABŞ hərbi obyektlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirməsi fonunda qəbul edilib.
Fars körfəzi üzərində hava naviqasiyası sistemində ciddi pozuntular qeydə alınıb. Buna görə sözügedən ölkələr hava məkanlarını bağlayaraq hava limanlarında uçuşların müvəqqəti dayandırıldığını açıqlayıblar.