Dünya
Xorvatiyada təyyarə qəzaya uğrayıb, ölənlər var
Xpress.az Redaksiyası
04.06.2026 16:29
Bu gün Xorvatiyanın İstriya bölgəsində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Xorvatiyanın dövlət xəbər agentliyi – HINA-nın polisə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində 4 nəfər ölüb, 2 nəfərin axtarışı isə davam edir.
Təyyarənin Almaniyadan havaya qalxdığı bildirilir.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.