Dünya
Ukraynada müharibədə ölən uşaqların sayı 700-ü keçib
Xpress.az Redaksiyası
04.06.2026 17:15
Ukraynada müharibə başlayandan bəri Rusiyanın hücumları nəticəsində 707 uşaq ölüb.
Xpress xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Rusiya tərəfindən öldürülən uşaqların anım günü” ilə bağlı “X” hesabında yazıb.
Zelenski müharibə nəticəsində minlərlə uşağın xəsarət aldığını, qaçırıldığını və taleyinin naməlum olduğunu bildirib.