Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Ukraynada atəşkəs elan edildi
Ukraynada atəşkəs elan edildi
Dünya

Ukraynada atəşkəs elan edildi

Xpress.az Redaksiyası 05.06.2026 10:20

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Ukrayna və Rusiya arasında müvəqqəti yerli atəşkəs barədə razılıq əldə olunduğunu elan edib.

Bu barədə MAQATE-nin "X" sosial şəbəkə hesabında edilən paylaşımda məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin sonundan bəri əldə edilən sayca altıncı atəşkəsdir. Sözügedən addım Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) elektrik təchizatı xəttində zəruri təmir işlərinin aparılmasına imkan verəcək.

Agentliyin bəyanatında deyilir:

"Bu gün Zaporojye Atom Elektrik Stansiyası yaxınlığındakı cəbhə xəttində MAQATE-nin vasitəçiliyi ilə yerli atəşkəs qüvvəyə minib. Bu addım nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün mühüm əhəmiyyət kəsb edən elektrik xəttinin təmirinə şərait yaradır".

Məlumata görə, yaxın günlərdə hər iki tərəfin texnikləri ərazinin geniş şəkildə minalardan təmizlənməsi prosesindən sonra müharibə nəticəsində zədələnmiş 750 kilovoltluq "Dniprovska" elektrik xəttinin təmirinə başlayacaqlar.

Paylaşımda qeyd olunub ki, sözügedən elektrik xətti iki aydan çoxdur ki, şəbəkədən ayrılıb. Nəticədə Avropanın ən böyük atom elektrik stansiyası fəaliyyəti dayandırılmış altı reaktorunun soyudulması üçün tələb olunan elektrik enerjisini cəmi bir 330 kV-luq xətt vasitəsilə təmin etmək məcburiyyətində qalıb.

MAQATE-nin bildirdiyinə görə, ZAES son həftələrdə bu xəttə çıxışı da bir neçə dəfə itirib və bu səbəbdən stansiya qəza dizel generatorlarını işə salmaq məcburiyyətində qalıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək