Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət AZƏRBAYCANLI RƏSSAM GÜLÇİN ASLANLININ ƏSƏRLƏRİ VEN...
AZƏRBAYCANLI RƏSSAM GÜLÇİN ASLANLININ ƏSƏRLƏRİ VENESİYADA MARAQ DOĞURDU
Mədəniyyət

AZƏRBAYCANLI RƏSSAM GÜLÇİN ASLANLININ ƏSƏRLƏRİ VENESİYADA MARAQ DOĞURDU

Xpress.az Redaksiyası 19.09.2025 23:23

Azərbaycanlı keramika rəssamı və heykəltəraş Gülçin Aslanlı İtaliyanın Venesiya şəhərində ITSLIQUİD Group tərəfindən keçirilən beynəlxalq sənət sərgisində iştirak edib. Sərgi çərçivəsində onun əl işi keramika və dekorativ sənət nümunələri 15 gün ərzində beynəlxalq ziyarətçilərə təqdim olunub.
 
Rəssamın sözlərinə görə, sərgidə nümayiş etdirilən əsərlər xüsusilə ənənəvi sənət elementlərinin müasir yanaşma ilə birləşdirilməsi baxımından yerli sənət nümayəndələrinin diqqətini cəlb edib. Tədbir zamanı bir sıra italyan sənətkarları və yaradıcı emalatxanalarla görüşlər keçirilib.
 
Sərgi müddətində əldə olunan əlaqələrin nəticəsi olaraq Gülçin Aslanlı Venesiyada fəaliyyət göstərən bir emalatxana ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində müəllifin hazırladığı bəzi məhsulların yerli bazarda təqdim olunması və satışının təşkili barədə razılıq əldə olunub.
 
Rəssam bildirib ki, bu əməkdaşlıq Azərbaycan tətbiqi sənətinin Avropa bazarında tanıdılması baxımından mühüm addımdır.


 
"Venesiyada gördüyüm maraq mənə bir daha göstərdi ki, əl işi və müəllif işi olan məhsullar beynəlxalq bazarda öz alıcısını tapa bilir. Məqsədim Azərbaycan sənətini daha geniş auditoriyaya təqdim etmək və yeni əməkdaşlıqlar qurmaqdır", deyə Gülçin Aslanlı qeyd edib.
 
Gələcək planlar sırasında İtaliya ilə yaradıcı əməkdaşlığın genişləndirilməsi, yeni kolleksiyaların hazırlanması və Avropanın müxtəlif şəhərlərində keçiriləcək sənət layihələrində iştirak da yer alır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək