Şərq sivilizasiyasında LAHICIN ROLU - FOTO
Şərq sivilizasiyası minilliklər boyu mədəniyyət, elm, sənət və ictimai həyatın inkişafında mühüm rol oynamışdır. Bu siviilizasiyasının ayrılmaz tərkib hissələrindən biri də Qafqazın qədim yaşayış məskənlərindən biri olan Lahıc qəsəbəsidir.
İsmayıllı rayonunda Böyük Qafqaz dağlarının ətəyində yerləşən Lahıc həm memarlıq abidələri, həm də maddi-mənəvi irsi ilə Şərq mədəniyyətinin parlaq nümunəsi sayılır. Burada formalaşmış ictimai mədəni həyat tərzi, sənətkarlıq məktəbləri və dini-tarixi abidələr əsrlər boyu regionun inkişafına təsir göstərmişdir.
Yazılı mənbələrə görə Lahıc VI-VII əsrlərdə Mehranilər sülaləsi tərəfindən idarə olunmuş və Girdiman dövlətinin inzibati mərkəzi olduğu bildirilıir. Lakin tarixçilər və arxeoloqların araşdırmalarına görə Lahıc eramızdan 2 min il əvvəl mövcud olması güman edilir. Kənddə tapılan köhnə qəbirstanlıqda aparılan araşdırmalar bunu deməyə əsas verir. Avropa standartlarından qabaq Lahıcda kanalizasiya və su təchizatı sisteminə malik olub və 2 min il əvvələ aid olduğu dəqiqləşdirilir. Bu dövr ərzində 40-dan yuxarı sənət növü mövcud olub.

Lahıc Cənubi Qafqazda, Azərbaycanda misgərlik mərkəzinə çevrilmişdir. Misgərlik sənəti məktəbi dedikdə bu proses ustadan şagirdə ötürülmə metodu ilə həyata keçirilib və gəlib bu günə çatmışdır. Təkcə mis qab-qacaq düzəltmək yox, eyni zamanda misəritmə daha sonra döyülərək bədii naxışlandırma həyata keçirilmişdir. Bu sənət növü o qədər incəlik və mühəndislik formatında inkişaf etmişdir ki, istehsal olunmuş məhsullar dünyanın hər bir muzeyində nümayiş etdirilir. Bunun nəticəsidir ki, 20215-ci ildə “Lahıc misgərlik sənəti” UNESCO-nun Qeyri Maddi-Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
Lahıc zəngin elmi və intelektual mühitə malikdir. XIX əsrdə lahıcda yeddillik rus-tatar məktəbi fəaliyyət göstərmişdir. 240 illik məktəb yüzlərlə alimlər yetişdirmişdir. Həmin alimlər Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində mühüm rol oynamışdır.
Lahıcın tarixi ən azı minilliklərə söykənir. Arxeoloji tədqiqatlar göstərir ki, qəsəbə ərazsində eramızdan əvvəl yaşayış olmuşdur. Qədim ticarət yolları üzərində yerləşməsi Lahıcı həm strateji, həm də iqtisadi cəhətdən mühüm yaşayış məkanına çevirmişdir.

Şərq sivilizasiyası özünəməxsus üslubu ilə fərqlənir. Lahıcda da bu xüsusiyyət özününü canlı təcəssümünü tapmışdır. Şərq şəhərsalma mədəniyyətinin mükəmməl nümunələrindən bitri də kanaalizasiyadır. Lahıcda bu sistem orta əsrlərdə yaradılmış və hal-hazırda işlək vəziyyətdədir. 80 hektarlıq bir ərazidə 20 km.dən çox kanalizasiya xəttinin yaratdığı şəbəkə mədəniyyətin,sivilizasiyanım yüksək göstəricisidir (Qeyd: Hal-hazırda tədqiqat işləri aparılır və xəritəsi hazırlanır).
Şərq şəhərlərinin tipik xüsusiyyətlərindən biri də Lahıcın daş döşəməli dar küçələrdən və məhəllə adlanan sosial məkanlardan ibarət olmasıdır. Lahıcda məhəllə həyatı və qonşuluq münasibətləri ictimai həyatın böyük dayağı olmuşdur.
Şərq sivilizasiyasının əsas dayaqlarından biri də dini-mənəvi dəyərlərdir. Buradakı dini abidələr İslam şərqinin ruhani ənənələrinin dağlıq məkanlarda necə kök saldığını göstərir.

Lahıc yalnız qədim sənətkarlıq və memarlıq nümunələri ilə deyil, həm də zəngin dini-mənəvi və mədəni irsi ilə seçilir. Qafqazın dağlıq bölgəsində yerləşən bu qəsəbə əsrlər boyu həm İslam mədəniyyətinin, həm də qədim türk-iran inanclarının sintezini yaratmışdır. Burada mövcud olan məscidlər, pirlər, ziyarətgahlar, eləcə də şifahi xalq yaradıcılığı Lahıcın dini-mədəni kimliyini formalaşdırmışdır. Lahıcın ən qədim sakinləri təbiət qüvvələrinə sitayiş edirdilər. Od, günəş, su, qaya və bulaqlar müqəddəs hesab olunurdu.
VIII-IX əsrlərdə İslam dini bölgəyə daxil olduğundan sonra bu qədim inanclar İslam dəyərləri ilə sintez olunaraq yaşayışını davam etdirmişdir. Lahıcda İslam dini əsasən şiə məzhəbi əsaasında yayılmışdır. Əhalinin dini-mədəni irsi əsrlər boyu müxtəlif mərasimlərlə zənginləşmişdir. İslamdan əvvəl Novruz bayramı, İslamdan sonra da yenə Novruz bayramı, məhərrəmlik mərasimləri, toy və yas adətləri İslam qaydaları ilə yanaşı yerli folklor elementlərini də özündə saxlamışdır.
Lahıc sənətkarlığı, xüsusilə misgərliyin yaratdığı nümünələr dini-fəlsəfi elementlərlə zəngindir. Ornomentlərdə İslam dəyərləri- müqəddəs adlar (Allah,Məhəmməd, Əli), Quran ayələri, qədim inanclarla bağlı təsvirlərlə zəngindir.

Lahıcda sosial həyat Şərq sivilizasiyasını özündə yaşatmışdır. Ticarət, bazar, sənətkarlıq emalatxanaları, əfsanələr, nağıllar, dastanlar Lahıc mədəniyyətinin ayrılmaz hissəsi olduğu halda, həm də iqtisadi həyatını formalaşdırmışdır.
XX-XXI əsrlərdə Lahıc artıq bir yaşayış məkanı deyil, həm də beynəlxalq turizm və mədəniyyət mərkəzi kimi tanınmağa başlamışdır.
Azərbaycan dövlətinin mühafizə etdiyi “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Ənənəvi sənətkarlıq müasir turizmlə sintez olunmuşdur. Hal-hazırda Lahıc dünya miqyasında Şərq sivilizasiyasının canlı nümunısi kimi məşhurlaşmışdır.
Şərq sivilizasiyasının çoxəsrlik inkişaf yolu Lahıc timsalında öz əksini tapmışdır. Qəsəbə qədim memarlıq, mühəndislik məharəti, sənətkarlıq ənənələri, dini-mənəvi irsi və sosial həyatı ilə Şərq mədəniyyətinin parlaq nümunəsi sayılır. Qədimdən indiyə qədər yaşadılmış bu irs təkcə Azərbaycanda deyil, bütün şərq dünyasının bəşəriyyətə bəxş etdiyi dəyərlərin bir hissəsidir.

Şərq sivilizasiyası tarix boyu elm, sənət, din və mədəniyyətin inkişafına özünəməxsus töhfələrini vermişdir. Bu geniş mədəni irsin ayrılmaz tərkib hissəsi kimi Lahıc da həm maddi, həm də mənəvi sərvətləri ilə seçilir. Burada formalaşmış sənətkarlıq ənənələri, misgərlik məktəbi, dini mənəvi dəyərlər və zəngin folklor nümunələri əsrlər boyu təkcə Azərbaycanın deyil, bütünlükdə Şərq sivilizasiyasının yaddaşında dərin iz buraxmışdır. Lahıc insanın təbiətlə vəhdətdə yaşamasının,yaradıcılıq və inancın harmoniyasının canlı nümunəsi olaraq bu gün də öz tarixi missiyasını davam etdirir.
Lahıc Şərq sivilizasiyasının canlı ensiklopediyasıdır-keçmişi bu günə, bu günü isə gələcəyə bağlayan körpü rolunu oynayır.
Ağaməşədi ƏLİYEV
“Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi