Dünya
Filippində zəlzələ qurbanlarının sayı 41-ə çatıb
Xpress.az Redaksiyası
09.06.2026 18:32
Filippinin cənubunda zəlzələ nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Xpress.az AFP-yə istinadən xəbər verir ki, 479 nəfər yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, 20 mindən çox sakin evsiz qalıb.
Bundan əlavə, zəlzələ səbəbindən doqquz körpü və 19 yol zədələnib, dəyən ziyan 900 milyon pesodan (14,6 milyon dollar) çox qiymətləndirilir.
Ümumilikdə 1 889 ev zədələnib, onlardan təxminən 1 500-ü tamamilə dağılıb. Əmlaka dəyən ziyan 15 milyon peso (243 607 dollar) məbləğində qiymətləndirilib.
İlkin məlumata görə, beş regionda 231 dövlət məktəbində 1 159 sinif otağı zədələnib.